Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aprel döyüşləri - Böyük Zəfərin baş məşqi

Aprel döyüşləri - Böyük Zəfərin baş məşqi

Bakı, 2 aprel, AZƏRTAC

Aprel döyüşlərinin növbəti ildönümünü Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət suverenliyinin tam bərqərar olunduğu bir şəraitdə qeyd edirik. Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində Ermənistan tərəfindən 2016-cı il aprelin 1-5-də törədilən təxribata qəhrəman ordu hissələrimizin cavab verməsi nəticəsində 2000 hektara yaxın ərazimizin, o cümlədən strateji əhəmiyyət daşıyan Lələtəpə və Talış yüksəkliklərinin azad edilməsindən, silahlı qüvvələrimizin on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazanmasından, arxadakı ərazilərin təhlükəsizliyinin təmin edilməsindən, işğalçı ölkənin çoxsaylı hərbçilərinin zərərsizləşdirilməsindən və texnikasının məhv edilməsindən 8 il keçir. Ötən səkkiz ilin zirvəsindən Azərbaycanın qazandığı Aprel qələbəsi necə görünür? Onun hərbi-texniki, diplomatik-siyasi, mənəvi-psixoloji əhəmiyyəti nədir? Alınan dərslər nədən ibarətdir?

AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlının “Aprel döyüşləri - Böyük Zəfərin baş məşqi” məqaləsini təqdim edir.

Aprel döyüşləri nəyi göstərdi?

Azərbaycan üçün təkcə hərbi-texniki deyil, eyni zamanda, diplomatik-siyasi və mənəvi-psixoloji əhəmiyyət daşıyan Aprel qələbəsinin müxtəlif tərəfləri haqqında çox yazmaq olar. Bu qələbə, ilk növbədə, aşağıdakı prinsipial məsələləri bir daha isbat etdi. Azərbaycan dövləti Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyədək irəli sürülmüş təşəbbüslərin qarşısını almağa çalışan təcavüzkar Ermənistana ciddi qulaqburması verdi, layiq olduğu yeri göstərdi və dəfələrlə güclü olduğunu nümayiş etdirdi. Bir daha əmin olundu ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyildir, hər an böyük hərbi əməliyyatlar başlaya bilər. Böyük bir müharibə qaçılmaz olar və bütün regionda daha ağır fəsadlar törədər. Bunun da bütün məsuliyyəti təcavüzkar ölkənin və ATƏT-in Minsk qrupu həmsədrlərinin üzərinə düşər. Mövcud status-kvo dəyişdirilməlidir. Yəni, Azərbaycanın işğal edilmiş Qarabağ regionundan və ətraf rayonlardan işğalçı ordular çıxarılmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Ona görə də Minsk qrupunun həmsədrləri onlara verilmiş mandata uyğun olaraq hərəkət etməli və Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün səylərini artırmalıdırlar.

Aprel qələbəsi bir daha göstərdi ki, Azərbaycan dövləti və milləti öz ərazilərinin işğal altında qalması ilə barışmayacaq, düşmənə layiq olduğu cavabı verəcək və nəyin bahasına olursa-olsun torpaqlarını düşmən tapdağından azad edəcək. Buna qadirdir.

Qələbə Azərbaycan dövlətinin hərb sisteminin yenidən qurulmasına, müasir silahlarla təchiz edilməsinə və Vətənin müdafiəsinə xüsusi qayğı göstərilməsinə dair Prezident İlham Əliyevin siyasətinin düzgünlüyünü göstərdi. Dövlət büdcəsində müdafiə xərclərinin ən çox olmasının zəruriliyi bir daha təsdiq edildi.

İşğalçı ölkə ordusunun “məğlubedilməziliyi” haqqında uzun illər boyu erməni cəmiyyətinə yalan təbliğat yolu ilə sırıdılmış uydurmalar Azərbaycan Ordusu tərəfindən aprel ayında qısa bir müddət ərzində “sabun köpüyü”nə çevrildi. İşğalçı ordunun mövqeləri bir anda darmadağın edildi. Bu bir daha göstərdi ki, Azərbaycan ərazilərinin işğal altında qalması müvəqqətidir, işğala son qoyulacaqdır, ordumuz bu vəzifəni yerinə yetirməyə qadirdir. Qələbə, eyni zamanda, Azərbaycan hərb sisteminin, hərbi kəşfiyyatının işğalçı ölkənin hərb sistemindən və kəşfiyyatından qat-qat üstünlüyünü, Azərbaycan əsgər və zabitinin döyüş ruhunun yüksəkliyini və qəhrəmanlığını göstərdi. Azərbaycan əsgəri mərdliyini, mübarizliyini və döyüşkənliyini ortaya qoymaqla bir qəhrəmanlıq məktəbi yaratdı.

Aprel qələbəsi Azərbaycanda hakimiyyət və xalq arasında sıx birliyi göstərdi. Bir daha təsdiq etdi ki, təcavüzə son qoyulması məsələsində Azərbaycan xalqı və dövlətinin mövqeyi eynidir. Azərbaycan vətəndaşları dövlətin bu istiqamətdə siyasətini birmənalı olaraq müdafiə edirlər və onun yanındadırlar.

Azərbaycanın qələbəsi Ermənistanda olan ümumi böhranı daha da dərinləşdirdi. Korrupsiya bataqlığında olan işğalçı ordunun rəhbərliyindəki generallar və digər yüksəkrütbəli zabitlər işdən qovuldu. Bu, rüsvayçı bir hadisə idi. Azərbaycanın qələbəsi cinayətkar Serj Sarkisyan rejimi ilə erməni ünsürü arasında olan uçurumu daha da dərinləşdirdi.

Bu qələbə erməni cəmiyyətinin mənəvi-psixoloji böhranını dərinləşdirdi. Ölkəni hakimiyyət əleyhinə mitinqlər bürüdü. Erməni əsgərinin anası oğlunun başqa dövlətin ərazisində nə üçün öldüyünü Sarkisyan rejimindən daha çox soruşmağa başladı. Azərbaycanın kiçik bir əks-hücumu nəticəsində nəinki işğal edilmiş ərazilərdən, o cümlədən Ermənistandan adamlar qaçmağa başladılar. Lakin Aprel döyüşləri göstərdi ki, Azərbaycan dinc sakinlərə qarşı deyil, ərazilərinin işğaldan azad edilməsi üçün döyüşür.

Aprel döyüşlərində qələbə Azərbaycan üçün yeni bir şərait yaratdı. Dövlətimizin nüfuzu daha da artdı və beynəlxalq mövqeləri gücləndi. Bir daha təsdiq etdi ki, diplomatiya gücə arxalanmalıdır. Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial və xalqın milli maraqlarına cavab verən siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə nəticələndi. Qazanılan qələbə beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının artıq çatmasına və bundan sonra mövcud status-kvonun saxlanmasının mümkünsüzlüyünə dair açıq mesajlar oldu.

Alınan ibrət dərsləri

Ordumuzun Aprel qələbəsi geriyə baxmağımıza və torpaqlarımızın hansı şəraitdə işğal edilməsinə bir daha diqqət yetirməyimizə və ibrət almağa bizi vadar etdi. Aydın şəkildə göstərdi ki, torpaqlarımız dövlətimiz zəif və daxildə qarışıqlıq, sabitsizlik olduğu zamanlarda işğal edilib. Hamı əmin oldu ki, əgər dövlətimiz güclü olmasaydı, apreldə qələbə də qazanılmazdı. Deməli, Azərbaycanda xalq və hakimiyyət arasında sıx birlik və dövlətimiz güclü olduğu zaman istənilən problemi uğurla həll etmək mümkündür. Bundan sonra da dövlətimizin iqtisadi və hərbi qüdrəti daha da gücləndirilməli, xalqımız daim öz dövlətinin yanında yer almalı, ölkədə sabit, davamlı inkişaf olmalıdır.

Bu formul özünü 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri zamanı göstərdi. Bu döyüşlər Azərbaycanın təcavüzkar Ermənistan, dünya erməniliyi və onların havadarları üzərində qazanılan Böyük Zəfərin baş məşqi də adlandırıla bilər.

Aprel şəhidlərinin də ruhu şaddır

Aprel döyüşlərində şəhidlər də verdik. Hamı yaxşı bilir ki, Vətən torpağı şəhid verilmədən azad olunmaz. Haqq işimiz uğrunda bizim hər birimizin şəhid olmağa hazır olduğunu göstərdi. Onlar öz qəhrəmanlıqları ilə bir nümunə göstərdilər. Bir daha təsdiq etdilər ki, Azərbaycan dövləti nəyin bahasına olursa-olsun təcavüzkarı qovacaq və işğal altında olan bütün torpaqları azad edəcəkdir. Dövlət suverenliyimizin tam bərqərar edilməsi və separatizmin kökünün kəsilməsi ilə Aprel şəhidlərinin də ruhu şaddır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir YENİLƏNƏCƏK

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO