Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Aprel şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzidə aprel döyüşlərində həlak olmuş, polkovnik-leytenant Sənan Axundovun xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, xatirə gecəsində, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Zəminə Xınalının Sənana Axundova həsr etdiyi miniatür “Müqəddəs şəhid” kitabının təqdimatı olub. Bu dəfə keçirilən xatirə gecəsinin bir səbəbkarı isə Sənan Axundovun oğlu Tahir Axundovun yüksək balla Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə qəbul olunması idi.

Görüşdə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi nümayəndələri ilə yanaşı, kursantlar, Milli Məclisin deputatları, Veteranlar şurasının üzvləri , Nərimanov rayon Ağsaqqallar Şurasının üzvləri, ziyalılar, şəhid ailələri iştirak ediblər.

Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan himni səslənib.

Tədbirdə Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi, mayor İlkin Qayıbov Lələtəpə yüksəkliyi ərazisində minaya düşən polkovnik yoldaşını xilas edib, qəhrəmanlıqla vətən uğrunda şəhid olan Sənan Axundovun qısa, lakin şərəfli həyat yolundan danışıb. Onun Azərbaycan Milli Ordusunun zabiti kimi xarici ölkələrdə, Almaniyada Vətəni necə ləyaqətlə təmsil etdiyini, işlədiyi hərbi dairələrdə nüfuz qazandığını söyləyib. Qeyd edib ki, Sənan Axundov kimi bir qeyrətli insanın oğlu, yalnız Tahir Axundov kimi hərəkət edib, atasının bitirmədiyi yarımçıq yolunu davam etdirməliydi. Bildirib ki, bu gün Azərbaycan Ordusunda xidmət edən hərbçilər və veteranlar, şəhidin döyüş yoldaşları Tahir Axundovun yüksək balla hərbi həkim fakültəsinə qəbul olunmasını çox böyük sevinclə qarşılayıblar.

Vətən uğrunda döyüşlərdə həyat yoldaşı həlak olan şairə və publisist, hərbiçi Zəminə Xınalı Sənan Axundova həsr etdiyi poemadan danışaraq bildirib ki, o, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Sənan hərbçi sənətinə yiyələnədə, onun həyat yoldaşı şəhid idi. Ona görə də şəhid ailələrinin, övladlarının keçirdikləri ağrı və acılar ona tanışdır. Sənan haqqında poema yazmağı isə özünə bir borc bilirdi. Artıq bu borcu da yerinə yetirdi.

Sənan Axundovun barəsində film nümayiş edildikdən sonra, Milli Məclisin deputatları Məlahət Həsənova, Sona Əliyeva çıxış etdilər. Milli Məclisin deputatları şəhidliyə ucalan vətən qəhrəmanlarının hər bir azərbaycanlının qəlbində xüsusi yeri olduğunu vurğulayıblar. Aprel döyüşlərinin şəhid və iştirakçılarını isə yeni Azərbaycan döyüş salnaməsinə yeni bir tarix yazdıqlarını söyləyiblər. Azərbaycan adlı bir dövlətin şəhid ailələrinə göstərdiyi qayğı və imtiyazlardan danışıblar.

Tədbirdə iştirak edən general mayor Fəxrəddin Cəbrayılov, ehtiyatda olan polkovnik , Milli Təhlükəsizlik Orqanları Birliyinin İdarə heyətinin üzvü Sücəddin Abdullayev isə xatirə gecəsində iştirak edən hər kəsi döyüşə səsləyib. Bildiriblər ki, Vətən torpaqıaının azad olunması məsələsində yubanmaq olmaz, şəhidlərimizin qanı tökülmüş torpaqlar bizi gözləyir.

Tədbirdə şəhidlər Əbdülməcid Axundovun, Zakir Cəfərovun, Əlzamin İslamovun, Mahir Quliyevin, Müşfiq Orucovun, Xaliq Əzizzadənin, Mahir Mirzəyevin valideynləri iştirak ediblər.

Şəhid ailələri adından çıxış edən Əbdülməcid Axundovun anası Tahir Axundovu şərəfli bir peşə seçməsi münasibətilə təbrik edib, bildirib ki, şəhidlərimizin ruhu o zaman sevinəcək ki, onların qanları tökülən torpaqlar azad olub, sahiblərinə qaytarılacaq. Bu işi də ancaq, Azərbaycan Milli Ordusu görməlidir.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev anadan olduğu , işğal altında olan Aşağı Əbdürəhmanlı kəndi haqqında danışıb. Deyib ki, Sənan da onun doğulduğu ərazidəndir. Sənan öz torpaqlarını azad etmək üçün hərb yolunu seçmişdi: “Mən hər ayda bir neçə dəfə öz kəndimizin yaxınlığına gedirəm. Kəndimiz də şəhid olub. Viran olmuş yurd yerimizi kənardan ürək ağrısı ilə müşahidə edirəm. Artıq bu döyüşü başlayıb, bitirməyin vaxtıdır. Yoxsa ürək tab gətirmir... Bizim gənclərimiz informasiya məkanında fəal olmalı, bununla yanaşı hər biri vətəni azad etmək haqqında düşünməlidirlər. Bəli, Sənan kimi bir oğulun övladı, Tahir kimi olmalıydı. Başqa yolu yoxdur...”.

Aprel şəhidləri haqqında ikicildlik “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının müəllifi, jurnalist Aida Eyvazlı, Axundovlar ailəsi ilə tanışlığının ilk günündən danışdı : “Mən ilk dəfə Tahir Axundovu görəndə ona belə bir sual verdim: Tahir imtahanlara hazırlaşmaq çətindir, ya atasızlıq?”. Tahir dedi ki, atasızlıq ən çətin imtahandır. Bu gün Tahir həyatın bir imtahanından da üzüağ çıxdı. O hərbi həkim olacaq. Tahir söz verdiyi uğuru qazandı. Öz biliyi, əzmi ilə yüksək balla hərbi həkim olmaq yoluna çıxıbdır. Mən inanıram ki, harada olsa Vətənə xoş sorağı gələcək”.

Şəhid Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Azərbaycan dövlətinə ailəsinə və övladına, şəhidinə göstərdikləri qayğıya, diqqətə görə minnətdarlığını bildirib. Deyib ki, ən çətin anlarında dövləti öz yanında görüb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ailəsinə göstərdiyi xüsusi qayğı və diqqətdən danışıb. Bildirdi ki, Mehriban xanım Əliyevanın onlara bağışladığı evdə də Tahir həkim olandan sonra xoşbəxt bir ömür sürəcək.

Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin musiqi kollektivinin konserti olub. Əməkdar artist Elnarə Abdullayeva və Yaqut Xəlizadə Vətəni, qəhrəmanlarımızı vəsf edən mahnılar oxuyublar. Zəminə Xınalı isə tədbirdə iştirak edənlərə Səmnan Axundova həsr etdiyi “Müqəddəs şəhid” kitabını hədiyyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO