Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Aqil Raqil oğlu Məmmədovun müvəqqəti olaraq 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.1-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası 25 noyabr 2014-cü il tarixli 11/69 saylı qərarı ilə 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində qeydə alınmış namizədlə yaxın qohumluq əlaqəsi olduğundan, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü Elmira Abdulla qızı Ələsgərovanın səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam vermişdir.

Qeyd edilənlərlə əlaqədar olaraq, 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasına müvəqqəti üzv seçilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq  qərara alır:

Aqil Raqil oğlu Məmmədov 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilsin.

Sədr                                                                Məzahir Pənahov

Katib                                                               Arifə Muxtarova

Katib                                                               Mikayıl Rəhimov 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin