Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Aqiyə Naxçıvanlı: Prezidentin regionlara etdiyi səfərlər həm iqtisadi, həm də siyasi cəhətdən böyük önəm kəsb edir

Aqiyə Naxçıvanlı: Prezidentin regionlara etdiyi səfərlər həm iqtisadi, həm də siyasi cəhətdən böyük önəm kəsb edir

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə Cənubi Qafqazda əsas söz sahibinə çevrilmiş, regional və beynəlxalq mövqelərini getdikcə möhkəmlədən, sürətlə inkişaf edən bir dövlət kimi özünü təsdiqləyib. Qeyd etmək lazımdır ki, bu hal, ilk növbədə, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasətin nəticəsidir. Məhz bu siyasətin, ölkədə həyata keçirilən əsaslı islahatların sayəsində Azərbaycanın iqtisadi inkişaf modeli özünün unikallığını və müstəsna effektivliyini isbatlayıb. Bu gün Azərbaycan Prezidentinin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır, baş tutan açılışlar və təməlqoyma mərasimləri isə görülmüş işlərin həcminin göstəricisidir. Dövlətimizin başçısının regionlara etdiyi səfərlər iqtisadi əhəmiyyətinə paralel olaraq həm də böyük siyasi önəm kəsb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat qeyd edib ki, avqustun 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağsu və İsmayıllı rayonlarına tarixi səfərləri həm siyasi, həm də iqtisadi baxımdan böyük önəm kəsb etmiş oldu. Məlum olduğu kimi, Prezident İlham Əliyev bütün bölgələrdə aparılan quruculuq-abadlıq işlərinə şəxsən özü nəzarət edir. Məhz buna görə dövlətimizin başçısı həm işlərin gedişi ilə yerində tanış olmaq, həm də lazımi tapşırıq və tövsiyələri vermək üçün müntəzəm olaraq bölgələrə səfərlər edir. O cümlədən son illər ərzində digər regionlarda olduğu kimi, Ağsu və İsmayıllı rayonlarında da böyük infrastruktur layihələri icra edilib. Avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Prezident İlham Əliyev bununla bağlı qeyd etdi ki, hər iki rayonda dövlət proqramı ilə icrası nəzərdə tutulan infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. Ağsu və İsmayıllı şəhərlərinin hər birində 160 çarpayılıq yeni xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. Həmçinin bu rayonlarda yeni iş yerlərinin yaradılması istiqamətində də mühüm addımlar atılmışdır. O cümlədən dövlət başçısının açılışında iştirak etdiyi “Basqal Resort & Spa” hotelində 300-ə yaxın iş yeri açılıb. Prezident İlham Əliyevin səfər çərçivəsində fəaliyyəti ilə tanış olduğu “Ağsu Aqropark”da isə 200-ə yaxın iş yeri açılıb. Əlbəttə ki, bütün bunlar hər iki rayonun iqtisadi inkişafına verilən mühüm töhfələrdir.

Prezident İlham Əliyev, həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına dair mövcud planlar və görülən işlər barədə söylədiklərinin əhəmiyyətini vurğulayan A.Naxçıvanlı bildirib: “Bu gün dünyanın bütün dövlətlərinin qarşısında duran əsas məsələlərdən biri ərzaq təhlükəsizliyi ilə bağlıdır. Bu baxımdan Azərbaycan işğaldan azad edilmiş torpaqlarının ölkə iqtisadiyyatına reinteqrasiyası hesabına böyük imkanlar əldə edəcək. Dövlətimizin başçısı müsahibəsində qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün çox münbit iqlim və təbii şərait var. Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da kəskinləşdirdi. Lakin Azərbaycan bu məsələ ilə yalnız indi məşğul olmağa başlamayıb. Belə ki, torpaqlarımız işğalçılardan azad olunandan dərhal sonra Prezident İlham Əliyev göstəriş vermişdi ki, bu torpaqlarda əkin-biçin işlərinə başlansın. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait əldə edəcəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq”.

Sonda Milli Məclisin deputatı Prezident İlham Əliyevin müsahibəsində yer almış siyasi məqamların önəmini qeyd edib. Bildirib ki, Ermənistan son iki ildə baş verənlərdən bu gün də düzgün nəticə çıxarmasa bütün imkanları əldən verə bilər. “Azərbaycan iki il bundan əvvəl, ilk növbədə, hərbi, daha sonra hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi və nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Ermənistan hökuməti kapitulyasiya aktını imzalamaqla öz üzərinə məlum öhdəliklər götürdü. Bu öhdəliklərə əməl olunması bütün Cənubi Qafqazda sülhün və inkişafın bərqərar olması üçün zəruri şərtdir. Lakin təəssüflər olsun ki, Ermənistan hələ də bunu dərk etmək istəmir. Azərbaycana qarşı hansısa ərazi iddiaları, hansısa status haqqında cəfəng fikirlərlə Qarabağda gedən proseslərə qarışmaq cəhdləri və hətta ölkəmizin Silahlı Qüvvələrinə qarşı açıq-aşkar silahlı təxribatlar hələ də davam edir. Təbii ki, Azərbaycan bütün bunların qarşısını qətiyyətlə almaq iqtidarındadır və alır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, avqustun 3-də keçirilmiş “Qisas” əməliyyatı da bir cəza tədbiri idi. Növbəti dəfə təxribat törədərək Azərbaycan əsgərinin qanını axıtmış düşmən ciddi şəkildə cəzalandırıldı. Şəhidimizin qanı onlara baha başa gəldi və düşmən bunu unutmamalıdır. Ermənistanın yeni reallıqlarla barışmalıdır, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərə gəlincə isə, Ölkə Prezidenti İlham Əliyev dəfələrlə birmənalı şəkildə bəyan edib ki, bu insanlar da Azərbaycan vətəndaşlarıdır və onların təhlükəsizliyinin və bütün digər hüquqlarının təminatı da Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək”, - deyə Aqiyə Naxçıvanlı vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi