REGİONLAR
“Aqrolizinq” ASC-nin Şəmkir regional nümayəndəliyinə müraciət edən fermerlərin sayı artıb
Şəmkir, 9 mart, AZƏRTAC
Yaz tarla işlərinin başlanması ilə əlaqədar olaraq “Aqrolizinq” ASC-nin Şəmkir regional nümayəndəliyinə müraciət edən fermerlərin sayı artıb. Mövsümə uyğun olaraq qurumda təsərrüfatlara gübrələrin verilməsi və texnikaların sifarişləri qəbul edilir.
“Aqrolizinq” ASC-nin Şəmkir regional nümayəndəliyinin direktoru Azər Əliyev AZƏRTAC-a bildirib ki, strateji məhsul sayılan buğda, arpa və digər dənli bitkilərin məhsuldarlığını artımaq, eləcə də normal inkişafını təmin etmək üçün nümayəndəlikdə tədbirlər planı hazırlanıb. Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəydən olan fermerlərə xidmət göstərən nümayəndəlik balansındakı müxtəlif təyinatlı 329 texnikanı saz vəziyyətə gətirib.
Hazırda “Aqrolizinq”in texnikaları fermer təsərrüfatlarının sifarişi əsasında dövlət tərəfindən onlara verilən gübrələrin sahələrə səpilməsi işlərini həyata keçirir.
Bundan başqa, qurumun anbarlarına yığılan dörd növ 5600 ton mineral gübrənin güzəştli şərtlərlə fermer təsərrüfatlarına satışı da təşkil olunur.