REGİONLAR
“Aqrolizinq”in rəhbər işçiləri Xaçmazda sakinlərlə görüşəcəklər
Bakı, 13 noyabr, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. “Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçisi layihə çərçivəsində noyabrın 17-də Xaçmaz rayonunda sakinlərlə görüşəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Mərkəzində keçiriləcək görüşdə Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarının sakinləri iştirak edəcəklər.
Görüşün əsas məqsədi “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.
Görüşdə iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (+94450 524-84-15) müraciət edə bilərlər.