REGİONLAR
Aqronomluq, baytarlıq və əczaçılıq istiqamətlərində yeni nəşrlər Aqrar Universitetin kitab fonduna əlavə edilib
Gəncə, 23 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsilin keyfiyyətinin artırılması, kitabxanaların modern və innovativ sistemlərlə ayaqlaşması məqsədilə bütün tələbələr və tədqiqatçılar üçün universitet rəhbərliyi tərəfindən ali təhsil müəssisəsinin kitab fonduna yeni kitablar əlavə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitablar aqronomluq, baytarlıq və əczaçılıq istiqamətlərində hər birindən 4 nüsxə olmaqla, 17 adda ən müasir biliklərə əsaslanan qiymətli vəsaitlərdir.
Kitablarla tanış olmaq istəyən tələbələr Baytarlıq fakültəsinin kitabxanasına müraciət edə bilərlər.