AQTİ sertifikatlaşdırmanı davam etdirir
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) "HALAL" uyğunluq sertifikatlaşdırmasını davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uyğunluq sertifikatının təqdim olunması prosesi 4 mərhələdə həyata keçirilir.
İlk mərhələdə www.afsi.gov.az veb-səhifəsində göstərilən müraciət forması və ərizə dolduraraq [email protected] elektron poçt ünvanına göndərilir. Sonra instituta daxil olan müraciət yoxlanılır, qiymət təklifi və müqavilə göndərilir. “HALAL” sertifikatlaşdırma xidmətlərinin mərhələləri və onların dəyəri institutun rəsmi internet səhifəsində yerləşdirilib və ictimaiyyətə açıq məlumatdır.
“HALAL” sertifikatlaşmanın növbəti mərhələsində qida subyektinin və onun obyektinin halal qaydalara uyğunluğu və həmin qida obyektinin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Yekunda qiymətləndirmə proseslərinin nəticəsinə əsasən, obyekt “HALAL” standartının tələblərinə cavab verdiyi təqdirdə, sertifikatlaşma komitəsinin rəyi əsasında qida subyektinə etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir.
Qeyd edək ki, artıq bir çox iri müəssisə AQTİ-nin “HALAL” sertifikatlaşdırma xidmətlərindən faydalanır. Müəssisələr həmin sertifikatın qazandırdığı üstünlüklərdən faydalanmaqla istehlakçılara daha etibarlı, keyfiyyətli və islami dəyərlərə uyğun məhsullar təqdim edirlər.
Daha ətraflı məlumatı linkdən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [17:53]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 10.02.2026 [17:29]
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
- 10.02.2026 [17:02]
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
- 10.02.2026 [16:51]