“Araz-Naxçıvan” daha 2 futbolçu transfer edib
Bakı, 14 avqust, AZƏRTAC
“Araz-Naxçıvan” heyətinə daha 2 futbolçu cəlb edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan təmsilçisi Qabil Əlizadə və Nihat Mehralıyevlə 1 illik müqavilə imzalayıb.
21 yaşlı Mehralıyev hücumameyilli yarımmüdafiəçidir. Ötən mövsümü “Şamaxı”da keçirən futbolçu Azərbaycanın U-21 millisinin heyətində 2 oyunda meydana çıxıb.
25 yaşlı Əlizadə də vingerdir. O, “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Daha sonra “Sumqayıt-2”, “Karvan-Yevlax” və “Mingəçevir”in formasını geyinib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdulla Rzayev, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan Letiç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.11.2026 [22:26]
Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub
- 11.11.2026 [19:35]
GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar
- 11.11.2026 [17:41]
Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO
- 11.11.2026 [16:59]
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
- 11.11.2026 [14:04]