“Araz-Naxçıvan” xorvatiyalı müdafiəçini transfer edib
Bakı, 19 iyun, AZƏRTAC
“Araz-Naxçıvan” xorvatiyalı müdafiəçini transfer edib.
Klubdan AZƏRTAC-a bildirilib ki, 27 yaşlı Luka Dumançiç yeni mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək. Onunla anlaşma 1 illikdir.
Karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabya”, “Qozanno”, “Lukkeze”, “İnter” (Zapreviç), “Rudeş”, “Solin”, “Nafta 1903”, “Jalqiris” klublarında çıxış edən mərkəz müdafiəçisi son 5 ayda İndoneziyanın “Persis” komandasının formasını geyinib. O, 2016-cı ildə Xorvatiyanın U-19 komandasında bir oyun keçirib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [19:09]
Yoxlama oyunu: Azərbaycan millisi Omana ikinci dəfə qalib gəlib
- 17.11.2026 [18:48]
“Mançester Yunayted” almaniyalı futbolçunu transfer etmək istəyir
- 17.11.2026 [18:30]
Nyu-Yorkda Azərbaycanın Zəfər Gününə həsr olunan şahmat turniri
- 17.11.2026 [16:57]
Tanınmış Formula 1 pilotu yenidən “Dakar” rallisində mübarizə aparacaq
- 17.11.2026 [16:01]
Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurub
- 17.11.2026 [15:01]
Mbappeyə qarşı irqçilik edən şəxs cəzalandırılıb
- 17.11.2026 [14:52]