İQTİSADİYYAT
ARDNŞ may ayında dövlət büdcəsinə 134 milyon 41 min manat vəsait ödəmişdir
Bakı, 13 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin may ayında dövlət büdcəsinə 134 milyon 41 min manat vəsait ödəmişdir. Bu da ötən ilin müvafiq ayına nisbətən 33 milyon 452 min manat və ya 133,3 faiz çoxdur.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-may aylarında büdcəyə 652 milyon 912 min manat vəsait ödənmişdir. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 135 milyon 123 min manat və ya 126,1 faiz çoxdur.
Bundan əlavə, cari ilin may ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fondunun hesabına 13 milyon 326 min manat vəsait köçürmüşdür. Ümumiyyətlə, 2013-cü ilin yanvar-may aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 63 milyon 390 min manat təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]