Arif Əsədov: “Neftçi” düzgün yoldadır
Bakı, 24 avqust, AZƏRTAC
“Neftçi” artıq daha çox hücumu düşünür və hücum futboluna üstünlük verməyə çalışır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov "ağ-qaralar”ın Azərbaycan Premyer Liqasına uğurlu start verməsi haqda danışarkən deyib.
Mütəxəssis bildirib ki, “Neftçi”də ötən il baş verən məşqçi dəyişikliyindən sonra artıq həm klub, həm də futbolçular səviyyəsində qələbə ruhu formalaşmaq üzrədir: “İlk iki turun oyunlarında da gördük ki, “Neftçi” çempionluğa köklənib”.
O, komandanın sərgilədiyi oyun üslubuna və hücum xəttindəki effektivliyə diqqət çəkib: “Qazanılan iki qələbədə əsas faktor komandanın 8 qol vurub, cəmi top buraxmasıdır. Bu da “Neftçi”yə xas olan oyun üslubudur. Azarkeşlər çoxdandır bunu gözləyirdilər, amma istədiklərini ala bilmirdilər. Bu, “Neftçi”nin düzgün yolda olduğunu göstərir”.
Ekspert komandanın gələcək perspektivlərindən danışarkən hələ də görüləsi işlərin olduğunu vurğulayıb: “İstədiyi nəticəni əldə etmək üçün hələ də komandada hər şey ideal deyil. Amma görünən budur ki, komanda olaraq buna doğru irəliləyirlər”.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının 2026/2027-ci il mövsümünün ilk iki turunda səfərdə “Sumqayıt”a 3:1, öz meydanında isə “Araz-Naxçıvan”a 5:0 hesabı ilə qalib gəlib.