CƏMİYYƏT
Arlem Dezir: Cənubi Qafqazda cərəyan edən proseslər fonunda medianın inkişafı vacibdir
Tbilisi, 9 oktyabr, AZƏRTAC
Bu gün Cənubi Qafqazda media sahəsində inkişaf var. Bu regionda cərəyan edən ciddi proseslər fonunda medianın inkişafı vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezir söyləyib.
Xüsusi nümayəndə bildirib ki, ATƏT-in “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda Tbilisidə keçirilən media konfransında bu məsələ də diqqət mərkəzindədir.
Arlem Dezir qeyd edib ki, Cənubi Qafqazda media və internet azadlığı ilə bağlı son illər ərzində həyata keçirilən islahatlar nəticəsində mühüm nəticələr əldə olunub. O, gələcəkdə medianın inkişafı baxımından islahatların daha da artırılacağına ümidvar olduğunu vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi