MƏDƏNİYYƏT
“Artım” layihə məkanında sərgi - “Daxili gurultu”
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 14-də YARAT Müasir İncəsənət Məkanının gənc rəssamları “Daxili gurultu” adlı duet sərgisinin açılışını keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, iki aydan çox davam edəcək sərgidə gənc rəssamlar Leyla Qabulova və Murad Vəliyevin əsərləri təqdim olunacaq.
Rəssamlar öz əsərlərində eqo, ictimai qınaq, ikiüzlülük, stiqma, kollektiv və fərdi travmalar, zorla boynumuza qoyulan, bizə sırıdılan yarlıqlar və hekayələr kimi vacib problemləri qabardıblar. Onlar öz əsərləri ilə əsas sosial standartların həqiqiliyinə meydan oxuyur və destruktiv davranış modellərindən uzaqlaşmaq üçün öz hekayələrini təklif edirlər.
Qeyd edək ki, “Daxili gurultu” adlı sərgi “Artım” layihə məkanında sentyabrın 25-dək nümayiş olunacaq.