Azərbaycan Dövlət İnformasiya Agentliyi

Artıq Böyük Qayıdış proqramı başlayıb

Artıq Böyük Qayıdış proqramı başlayıb

Bakı, 11 oktyabr, AZƏRTAC

İşğaldan azad olunan ərazilərimizi dünyanın müxtəlif qitələrindən olan insanların ziyarəti nəticəsində müxtəlif məzmunlu tədbirlərin təşkili ilə bu məkanlara səfər edənlər erməni faşist ideologiyası, vandallığı, terrorçu siyasəti ilə bağlı olan həqiqətləri öz gözləri ilə görürlər. Otuz ilə yaxın bir müddətdə ermənilərin işğalda saxladığı ərazilərimizdə şumlama əməliyyatının həyata keçirildiyinin şahidi olurlar. Bu günlərdə - oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda dünyanın 44 ölkəsində 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın iştirakı böyük əhəmiyyət daşıyır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov AZƏRTAC-a açıqlamasında bildirib.

O deyib: “İlk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır. Azərbaycan Prezidenti İlham Əliyev Forumda çıxışı zamanı vurğulayıb: “Mən çox şadam ki, biz Azərbaycan Milli Şəhərsalma Forumunu burada - Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil edirik. İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb”. Ermənilərin mənfur siyasətinin nəticəsində işğalda 30 ilə yaxın qalmış Şuşa, Laçın və digər ərazilərimiz erməni vandallarının qurbanına çevrilib, dağıdılıbdır. Dövlətimizin başçısı çıxışı zamanı ruhlar şəhərinə çevrilən Ağdamın real mənzərəsini diqqətə çatdırıb: “Ağdam şəhəri işğal illəri ərzində dağıdılıb və burada olan daşlar oğurlanaraq satılıb. Ermənilər yalnız şəhərdəki Cümə məscidini tam dağıtmayıblar, çünki ondan müşahidə məntəqəsi kimi istifadə ediblər”. Prezident İlham Əliyev qeyd edib ki, ermənilər işğaldan azad olunmuş ərazilərdə məscidləri dağıdıblar: "Yalnız Şuşa, Laçın və Kəlbəcərin bir hissəsində dağıntılar törədilməyib. Bunun səbəbi Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq köçürmə siyasəti aparması və bu ərazilərə erməniləri qeyri-qanuni köçürməsi olub". Dağıdılmış abidələrimiz müxtəlif məqsədlər üçün istifadə olunaraq xalqımızın milli-mənəvi dəyərləri təhqir edilmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır. Prezident İlham Əliyev qeyd edib ki, dağıdılan məscidlərdən ikisi Ağdamdadır. Şuşadakı bir məscid isə qismən dağıntılara məruz qalıb”.

YAP Nəsimi rayon təşkilatının sədri vurğulayıb ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimizdən Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və sairləri erməni vandallığı ilə üz-üzə qalıb. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalıb, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəyib. Əlbəttə ki, Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarına ziddir. Otuz ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və bir milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq keçmiş məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu status götürüldü. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü Ordusu və Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Otuz ilə yaxın işğalçılıq siyasətini həyata keçirən Ermənistana Azərbaycan sülh təklif edir. Forumda çıxışı zamanı sülh sazişinin beynəlxalq hüququn beş prinsipinə əsaslanmalı olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, bu prinsiplərə ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından uzaq durması, güc tətbiqindən çəkinməsi, sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması daxildir. Artıq Azərbaycanın Zəfər tarixindən iki il ötür. İşğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. “Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması”, - deyən dövlətimizin başçısı bildirib: “Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb”.

Azər Süleymanov əlavə edib: “Dövlətimizin başçısının bildirdiyi kimi, təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq: “Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlayacağıq”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb. Görülən işlərin miqyası böyükdür. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi əzmi, qətiyyəti ilə reallaşacaq layihələr deməyə əsas verir ki, sakinlər əzəli torpaqlarına tezliklə qayıdacaqlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa Senatı polisin odlu silah tətbiqi ilə bağlı qanun layihəsini təsdiqləyib

Filippin paytaxtında Orta Dəhlizin perspektivlərindən danışılıb

Ağdam Şəhəri Günü silsilə tədbirlərlə qeyd olunub

Murat Kurum: İqlim danışıqlarında dünyanın və gələcək nəsillərin mənafeyi nəzərə alınmalıdır

Fransada növbəti etiraz aksiyalarına 70 min polis və jandarm səfərbər olunacaq

Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır

Qazaxda V İdman Festivalının açılış mərasimi olub

Azərbaycan rəqəmsal hökumət reytinqində 36 pillə irəliləyib VİDEO

Azərbaycan rəqəmsal hökumət reytinqində 36 pillə irəliləyib VİDEO

Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb VİDEO

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb VİDEO

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib

Şuşadan Meksikaya uzanan yaddaş: Vətən sevgisi nifrət deyil, sülh çağırışıdır

Lənkəranda şəhid Vüsal Kazımovun xatirəsinə boks yarışı təşkil olunub

11 ölkədən tarixi ekoloji öhdəlik: Yer Kürəsi Günündə 1 milyarddan çox ağac əkiləcək

Hərbi təhsil müəssisələrinin müəllimləri üçün NATO proqramı üzrə təlim başa çatıb

Ermənistanın itkin düşmüş şəxslər üzrə razılaşmaların icrasından yayınması nəyə xidmət edir? TƏHLİL

Avropanın təhlükəsizliyi üçün birgə addım: Fransa və İsveçdən hava təlimi

Höteborq Universitetinin dosenti: İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi beynəlxalq humanitar hüququn tələbidir

Bu saata olan əsas xəbərlər

Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub

Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkəti normal rejimə qaytarılıb

Lerikdə fermer təsərrüfatları genişlənir: müasir texnologiyalar və yeni istehsal imkanları

İtkin azərbaycanlıların aqibəti: Ermənistan nəyi ört-basdır edir? VİDEO

İtkin azərbaycanlıların aqibəti: Ermənistan nəyi ört-basdır edir? VİDEO

Adi şüşə qablar necə sənət əsərinə çevrilir?

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb

Böyük Britaniya və Aİ arasında yeni razılaşma əldə olunub

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: İqtisadi əməkdaşlığın yeni perspektivləri VİDEO

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: İqtisadi əməkdaşlığın yeni perspektivləri VİDEO

İtkinlərin taleyi ətrafında “humanitar dialoq” - Ermənistanın ikili mövqeyi

Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib

Şahzadə Harri övladlarının Böyük Britaniyadakı yeni həyatından danışıb

“Azərişıq” sədri Gəncədə vətəndaşlarla görüşüb

Bilal Dündar: Azərbaycanın enerji və nəqliyyat imkanları ölkənin beynəlxalq siyasi çəkisini artırır

® PAŞA Holding COP-da niyə iştirak edir?

Qazaxıstan yazıçısı: Hər bir ailə Qarabağda itkin düşmüş yaxınlarının taleyindən xəbər almaq hüququna malikdir

“Parla” proqramına bu il 2020 müraciət daxil olub

Orta Dəhliz Vyetnam üçün Avropa ilə ticarətin genişləndirilməsi istiqamətində yeni imkanlar açır - ŞƏRH

Baş direktorun müavini: Ermənistan itkin düşmüş azərbaycanlıların axtarışı üzrə vədlərdən əməli addımlara keçməlidir

Ekspert: Azərbaycanın qlobal rəqəmsal xidmət arxitekturası liderlər səviyyəsində qurulub

Azərbaycan parataekvondoçusu: Dünya çempionu olmaq çox qürurverici hissdir

Türk dillərində astronomiya təhsilinə həsr olunmuş beynəlxalq sessiya

Masallıda aqrar sahənin inkişafı üçün yeni layihələr reallaşdırılır

“ŞƏT: Azərbaycanın iştirakı və əldə edə biləcəyi faydalar” adlı yeni hesabat dərc olunub

Azərbaycan və Belarus hərbçiləri rabitə sahəsində təcrübə mübadiləsi aparıblar

Parlamentin komitə iclasında 2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda plenara tövsiyə edilib

Məcnun Məmmədov Culfada vətəndaşların müraciətlərini dinləyəcək

Fəxrəddin Hacıbəyli: Elə duyğular var ki, onları sözlə ifadə etmək çox çətin olur VİDEO

Fəxrəddin Hacıbəyli: Elə duyğular var ki, onları sözlə ifadə etmək çox çətin olur VİDEO

Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə: imtahana qeydiyyat başlanıb

Yoldaşlıq oyunu: Azərbaycanın U-20 millisi İraqa qalib gəlib

Məktəblərdə bullinq: problemin səbəbləri və psixoloji nəticələri

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa VİDEO

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa VİDEO

Direktor: “Deepfake” təhlükələrinə qarşı rəqəmsal məzmunun idarə olunması gücləndirilməlidir

Fransada COVID-19-un yayılması sürətlənir

Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib

Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək

“Şaiq dünyasına vitraj baxışı” adlı sərgi açılıb

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri təhlil edilib

Vyetnamla əməkdaşlıq Azərbaycanın Asiya bazarlarına çıxışını genişləndirəcək ŞƏRH

“Anthropic” səhmlərində kəskin satış dalğası davam edir

Səməd Vurğunun ev-muzeyində qorunan nadir eksponatlar

Turxan Süleyman: Təhsil müəssisələrinin fəaliyyətinin planlaşdırılması diqqət mərkəzindədir

“Azərbaycan-İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” - beynəlxalq elmi konfrans YENİLƏNİB

Hafiz Səfixanov: Azərbaycanlı itkinlərlə bağlı məlumatları gizlədən Ermənistan beynəlxalq ictimaiyyəti növbəti dəfə aldadır

İlham Zəkiyev Qran-Pri turnirində çıxış edəcək

Sərdar Hacıyev: Torpağımızın münbitliyinin qorunması və gələcək nəsillərə ötürülməsi birbaşa mütəxəssislərin öhdəliyindədir

® “Azərikard” finteklər üçün yeni imkanlar təqdim edib

Bakı Təşəbbüs Qrupunun sosial media hesablarına Fransa və Hindistan ərazisindən kiberhücumlar olub

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində müasir peşə hazırlığı mərkəzi istifadəyə verilib

Rusiya XİN Bakı ilə İrəvan arasında sülhü Cənubi Qafqazda tərəqqinin şərtlərindən biri adlandırıb

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Yolda məcburi dayanma qaydalarına əməl edilməməsi faciə ilə nəticələnir

® “INMerge” 2026: 40-dan çox startap “INBattle” səhnəsində mübarizə aparacaq, qalib 50 min dollar qazanacaq

Vyetnamın azadlığı uğrunda ağrı, müqavimət və mübarizə tarixi -  Hoalo muzeyindən REPORTAJ  VİDEO

Vyetnamın azadlığı uğrunda ağrı, müqavimət və mübarizə tarixi - Hoalo muzeyindən REPORTAJ VİDEO

Ermənistanın humanitar əməkdaşlıq bəyanatları ilə real fəaliyyəti arasındakı ziddiyyət – RƏY

Nazirliyin sektor müdiri: Kolleclərə qəbul olunanlar arasında 61 yaşlı tələbə də var

Qarşılıqlı iqtisadi maraqlara və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Vyetnam münasibətləri - ŞƏRH

Ağdam Muğam Mərkəzində rəsm və fotosərgilər, eləcə də ustad dərsləri təşkil olunub

Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Avropa və yüksəkgəlirli ölkələrin göstəricilərini ötüb

Naxçıvanda musiqi və incəsənət məktəbləri müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı konfrans keçirilib

Kolleclərə qəbul olunanların 74 faizi tam orta təhsilini bitirənlərdir

Ağdam bu gün böyük dirçəliş dövrünü yaşayır - ŞƏRH

Doqquz ayda ölkədə 75 üçəm doğulub

Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur

“Dayazsulu Günəşli” yatağı üçün Çindən yeni qazma qurğuları alınıb

“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib

Xüsusi təyinatlı kolleclərə qəbul planı 141,9 faiz yerinə yetirilib

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib VİDEO

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib VİDEO

Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

Antalyada keçirilən COP31 tədbirində Azərbaycanda aparılan sosial islahatlardan danışılıb

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı yeni əməkdaşlıq imkanları yaradır - ŞƏRH

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda qələbəni əldən verib

Hikmət Ərən: Ermənistan keçmişlə üzləşmə cəsarətini nümayiş etdirməlidir

Azərbaycanda sərnişindaşımada avtomobil nəqliyyatının payı təqribən 12 faiz artıb

57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır

Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar

170 manat ödədi, 5130 manat sığorta ödənişi aldı

Kolleclərə 2026-2027-ci tədris ilində 22 mindən çox tələbə qəbul olunub

Yeni Azərbaycan Partiyası zamanla yenilənən siyasi irsdir - ŞƏRH

“Real Madrid” Kurtua ilə müqavilənin müddətini uzadıb

Uşaq hüquqlarının qorunması cəmiyyətin ümumi məsuliyyətidir – Kukla Teatrında tədbir

Azərbaycanla Vyetnam arasında münasibətlər geniş əməkdaşlıq istiqamətlərini əhatə edir - RƏY

Uşaqdan-böyüyə hamının Ramiz Rövşəni