Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayı keçirilmişdir VİDEO

Bakı, 19 dekabr (AZƏRTAC). Dekabrın 19-da Bakı Biznes Mərkəzində ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, qurultayın açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək demişdir ki, bu gün “ASAN xidmət” növbəti təşəbbüsə imza atır. Bu tədbir gənclərin dövlət idarəçiliyində iştirakının bariz nümunəsidir. Artıq bir ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərir. İndiyədək mərkəzlərə 880 minədək insan müraciət etmiş və yüksək standartlara cavab verən müxtəlif xidmətlərdən yararlanmışdır. “ASAN xidmət” konsepsiyası çox qısa müddətdə özünü doğrultmuşdur. Bunu həmin mərkəzin xidmətlərindən istifadə edən ölkə vətəndaşlarının rəyləri də göstərir.

Şöbə müdiri bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığı ilə ötən il Bakıda üç, Sumqayıtda bir “ASAN xidmət” mərkəzi istifadəyə verilmişdir. Gələn il bölgələrdə daha 5 “ASAN xidmət” mərkəzi açmağı planlaşdırırıq. Yaxın günlərdə isə Gəncə şəhərində yeni xidmət mərkəzi fəaliyyətə başlayacaqdır. “ASAN xidmət” mərkəzlərinin olmadığı regionların sakinləri səyyar xidmətlərdən yararlanmışlar. Xüsusi avadanlıqla təchiz olunmuş səyyar avtobuslar 37 rayonu əhatə etməklə 60 mindən çox vətəndaşa səyyar xidmət göstərmişdir. Xidmətlərin həyata keçirilməsində ən müasir texnologiyalardan istifadə edilmişdir.

Fuad Ələsgərov qeyd etmişdir ki, “ASAN xidmət” müasir innovativ konsepsiya kimi bir sıra dövlətlərin və beynəlxalq təşkilatların diqqətini cəlb etmişdir. Prezident İlham Əliyevin dediyi kimi, “ASAN xidmət” xalqa xidmət sahəsində Azərbaycan brendinə çevrilmişdir.

Diqqətə çatdırılmışdır ki, “ASAN xidmət” dövlət qulluğuna daha bir yenilik gətirmişdir. Bu da elə ilk gündən dövlət orqanlarının fəaliyyətinə könüllülərin cəlb edilməsidir. Könüllülər “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə intuziazmları və müasir dünyagörüşləri ilə müsbət enerji və töhfələrini vermişlər. Digər tərəfdən isə gələcəyini dövlət qulluğu ilə bağlamaq istəyən hər kəs təcrübə əldə etmək imkanı qazanmışdır.

Bildirilmişdir ki, “ASAN xidmət” mərkəzlərində minə yaxın könüllü xidmət göstərir. Bu gün həmin könüllülər birləşərək ASAN Könüllüləri Gənclər Təşkilatının əsasını qoyurlar.

Prezident Administrasiyasının rəsmisi ASAN könüllülərinin IDEA, YARAT kimi humanist dəyərləri təbliğ edən təşkilatların bir sıra tədbirlərinin həyata keçirilməsində də iştirak etdiklərini vurğulamışdır. Bildirilmişdir ki, onlar, həmçinin Gənclər Təşkilatları Milli Şurası, “İRƏLİ” təşkilatı ilə sıx əməkdaşlıq edirlər. Bundan başqa, “AİESEC” beynəlxalq tələbə təşkilatı, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA), Avropa Tələbələr Forumu (AEGEE), Avropa Gənclər Parlamenti və digər beynəlxalq qurumlarla tərəfdaşlıq barədə razılıq əldə olunmuşdur.

Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini xatırladan Fuad Ələsgərov 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə bağlı proseslərə ASAN könüllülərinin də qoşulmalarının əhəmiyyətli olacağını bildirmişdir. Şöbə müdiri əlavə etmişdir ki, ASAN könüllülərinin qazandığı təcrübə onların belə tarixi əhəmiyyətli bir tədbirdə də könüllü qismində yaxından iştirak etmələrinə imkan verir. Prezident Administrasiyasının rəsmisi əmin olduğunu bildirmişdir ki, ASAN könüllüləri öz fəaliyyətləri ilə onlara göstərilən etimadı doğruldacaqlar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov informasiya-kommunikasiya texnologiyalarının inkişafı kontekstində gənclərin cəmiyyətdə rolundan danışmışdır. Bildirilmişdir ki, qarşıya qoyulan hədəflərə çatmaq gənclərin təşəbbüskarlığından, bilik səviyyəsindən, əzmkarlığından, Vətənə verəcəyi töhfələrdən çox asılıdır.

“Biz artıq iri addımlarla bilik cəmiyyətinə doğru gedirik, ölkəmizdə kosmik sənaye qurulmuşdur, İKT-dən əldə edilən gəlirlər ildən-ilə artır”, - deyən şöbə müdiri bildirmişdir ki, yaxşı təhsil almış, savadlı, müasir dünyagörüşlü, vətənpərvər, milli köklərə bağlı, şəxsi keyfiyyətləri yüksək olan gənc peşəkarlar yeni dövrün əsas inkişaf lokomotivi sayılırlar.

Elnur Aslanov vurğulamışdır ki, son illər dövlət qulluğuna qəbul olunanların böyük əksəriyyəti gənclərdir. Sevindiricidir ki, Azərbaycan gənci öz dövlətinə xidmət etməyə, onun inkişafına töhfələr verməyə can atır.

Diqqətə çatdırılmışdır ki, bu gün istedadlı gənclərə dövlət sifarişi vardır. Dövlət sifarişi əsasında müxtəlif ixtisaslar üzrə hətta tam ödənişli ali təhsil müəssisələrində də pulsuz oxumaq şansı mövcuddur.

Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışan Elnur Aslanov demişdir ki, ölkəmizin müxtəlif bölgələrində Gənclər evləri açılır, komplekslər yaradılır. İlk dəfə olaraq gənclər üçün Prezident mükafatı təsis olunmuşdur. Əlbəttə, bütün bunlar böyük stimul olmaqla yanaşı, həm də gənclərə etimaddır.

Şöbə müdiri demişdir: “İndi gündəlik internetdən istifadə etməyən, sosial şəbəkələrdə olmayan gənc tapmaq çətindir. Son statistik rəqəmlərə görə, hazırda “Facebook”da 1 milyon 200 mindən çox, “Tvitter”də on minlərlə azərbaycanlı istifadəçi qeydiyyatdan keçmişdir. Əgər 2000-ci ildə dünya əhalisinin 360 milyon nəfəri internet istifadəçisi idisə, bu rəqəm 2005-ci ildə 1 milyard nəfərə, 2010-cu ildə 2 milyard nəfərə çatmışdır. Hazırda isə dünyada 3 milyarddan çox insan internet istifadəçisidir. Proqnozlara görə, 2020-ci ilə qədər bu rəqəm 5 milyarda çatacaqdır”.

Prezident Administrasiyasının rəsmisi qeyd etmişdir ki, bu gün Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş, ona xidmət dayanır. Azərbaycan dövlətinin və xalqının milli maraqları hər şeydən üstün tutulur. Gənclər də milli maraqların müdafiəsi üçün hər cür fədakarlığa hazır olmalıdırlar. Azərbaycan Prezidenti gənclərlə görüşlərində hər dəfə dediyi kimi, biz xoşbəxtik ki, müstəqil, güclü, özünü təmin edə bilən və inkişafda olan dövlətdə yaşayırıq. Müstəqilliyimizin qədrini bilməliyik, onu daha da möhkəmləndirməliyik.

Elnur Aslanov demişdir: “Biz gənclərə böyük ümidlərlə və gələcək həmkarlar kimi baxırıq. İnanırıq ki, siz bundan sonra da gözəl təşəbbüslərə imza atacaqsınız, fəallığınızı daha da artıracaqsınız, harada olmağınızdan asılı olmayaraq Azərbaycanın haqq səsinə çevriləcəksiniz”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxışında “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən danışmışdır.

İ.Kərimov demişdir ki, qısa müddətdə yaranmasına baxmayaraq, “ASAN xidmət” mərkəzləri uğurla fəaliyyət göstərir. Xalqa daha yaxın və əlçatan olması üçün səyyar avtobuslar vasitəsilə 30-dan çox rayon üzrə vətəndaşlara xidmət göstərilir. Bu günlərdə Gəncədə açılacaq mərkəz təkcə bu şəhərin deyil, həmçinin ətraf rayonların əhalisinə də xidmət edəcəkdir.

“ASAN xidmət” və xalqa xidmət vahid bir vəhdət təşkil edir, - deyən sədr bildirmişdir ki, bu deviz vətəndaşlara keyfiyyətli, operativ xidmətlərin göstərilməsini, onların məmnunluğunun təmin edilməsini, vətəndaş-məmur münasibətlərində yeni yanaşmanı ehtiva edir.

Bildirilmişdir ki, “ASAN xidmət”in əldə etdiyi bu nailiyyətlər dövlətimizin başçısı İlham Əliyevin daimi dəstəyi və qayğısı ilə bağlıdır. Azərbaycan Prezidentinin dediyi kimi, dövlətimizin ən ali məramı xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin edilməsidir. “ASAN xidmət”in fəaliyyət fəlsəfəsinin mərkəzində də məhz elə vətəndaş məmnunluğu durur. Mərkəzlərdə qurulmuş qabaqcıl infrastruktur məhz bu missiyaya xidmət edir.

Diqqətə çatdırılmışdır ki, “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən öz işinə könüllüləri cəlb etmişdir. Bu fəaliyyət, həmçinin onlara ilkin əmək vərdişləri, gənc kollektivdə çalışmaq, dövlət orqanının işi ilə yaxından tanış olmaq şəraiti yaradır. Könüllülər artıq ASAN ailəsinin ayrılmaz tərkib hissəsinə çevrilmişlər.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev birinci Avropa Oyunlarının keçirilməsində könüllülərin rolu mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, son illər Azərbaycanda keçirilmiş mötəbər tədbirlər ölkəmizdə gənc könüllülər ordusunun formalaşmasına təsirini göstərmişdir. Artıq fəxrlə deyə bilərik ki, bu gün MDB məkanındakı bir sıra ölkələrdə gənclərlə bağlı keçirilən tədbirlərdə Azərbaycan gənclərinin təşkilatçılıq təcrübəsindən istifadə olunur. Azərbaycan könüllülərlə bağlı qanun qəbul edən ilk ölkələrdəndir. “Azərbaycan Gəncliyi” Dövlət Proqramında da ölkəmizdə könüllülər hərəkatının stimullaşdırılması ilə bağlı xüsusi bənd vardır.

İ.Babayev qeyd etmişdir ki, Gənclər və İdman Nazirliyi də könüllülərin fəaliyyətinə xüsusi önəm verir. 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsinə 1400-ə yaxın könüllü cəlb olunmuşdu. O, əmin olduğunu bildirmişdir ki, 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının təşkilati işlərində könüllülər də fəal iştirak edəcəklər.

Milli Məclisin deputatı Ceyhun Osmanlı gənclərin karyera inkişafında könüllülük fəaliyyətinin rolundan danışmışdır. O demişdir ki, adətən təşkilatlar yaranır, sonra onların fəaliyyətinə qiymət verilir. Bu gün I qurultayı keçirilən ASAN Könüllüləri Gənclər Təşkilatının fəaliyyətinin qiyməti isə yaranmamışdan əvvəl verilmişdir.

Vurğulanmışdır ki, “ASAN xidmət” mərkəzləri qısa zamanda vətəndaşlara dövlət xidmətlərini daha rahat, yeni və innovativ üsullarla təqdim etməklə vətəndaş məmnunluğuna nail olmuşlar.

Sonra ASAN Könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı və qurumun baş katibi Vəfa Qubadova təqdimatla çıxış etmişlər.

Sonda ASAN könüllülərinə “ASAN imza”ları təqdim olunmuşdur.

ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayı keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir