ASAN könüllüləri Zəfər paradında
Bakı, 11 dekabr, AZƏRTAC
Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ASAN könüllüləri parad müddətində vətəndaşlarımızı qələbə münasibətilə təbrik edərək, onlara üçrəngli Azərbaycan Bayrağını təqdim ediblər.