ASAPES qəbul planını 99.9 faiz doldurub
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin qeydiyyat prosesi başlayıb.
ASAPES-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 5-dən etibarən 2023/2024-cü tədris ilində l kursa qəbul olunmuş tələbələrin qeydiyyatı start götürüb.
Akademiya 1748 nəfər yeni tələbəsini qəbul etməklə qəbul planının 99.9 faiz doldurmağa nail olub.
Qeyd edək ki, qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.