DÜNYA
Asiya İnkişaf Bankı Türkmənistana 500 milyon dollar kredit ayıracaq
Aşqabad, 14 noyabr, AZƏRTAC
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Türkmənistanın nəqliyyat şəbəkəsini dəstəkləmək, ölkənin enerji təchizatının etibarlılığını təmin etmək və qonşu ölkələrə elektrik enerjisi ixracını artırmaq üçün 500 milyon dollar həcmində kredit ayıracağını təsdiqləyib.
AZƏRTAC AİB-in yaydığı məlumata istinadla xəbər verir ki, layihə ölkənin beş regionundan dördünü əhatə edir. Ayrılan vəsait Türkmənistanın müxtəlif bölgələrində yeni 110 kV, 220 kV və 500 kV-lıq elektrik xətlərinin tikintisi və üç mövcud yardımçı stansiyanın genişləndirilməsinə yönəldiləcək. 2023-cü ilin sonunadək tamamlanacaq layihənin ümumi dəyəri 675 milyon ABŞ dollarıdır ki, bunun 175 milyonu “Türkmənenergo” tərəfindən ayrılacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]