DÜNYA
Asiya və Avropa qitələrini dənizin altından avtomobil yolu ilə birləşdirəcək Avrasiya Tuneli istifadəyə veriləcək
Bakı, 19 dekabr, Nihad Budaqov, AZƏRTAC
İstanbulda Asiya və Avropa qitələrini dənizin altından avtomobil yolu ilə birləşdirəcək Avrasiya Tuneli dekabrın 20-də istifadəyə veriləcək.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbulun nəqliyyat problemini köklü həll edəcək tunelin istifadəyə verilməsi ilə iki qitə arasındakı məsafəni avtomobil ilə 15 dəqiqəyə qət etmək mümkün olacaq.
Dənizin 106 metr dərinliyində tikilən Avrasiya Tuneli ikimərtəbəli yol ilə avtomobillərin hərəkəti üçün nəzərdə tutulub. Layihənin ümumi uzunluğu 14,6 kilometrdir. 5,4 kilometrlik hissəsi isə dənizin altına xüsusi texnologiya ilə inşa edilən ikimərtəbəli tuneldən ibarətdir.
Avrasiya Tunelinin istifadəyə verilməsi mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binali Yıldırım və digər ölkələrdən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]