AŞPA SƏDRİ ERMƏNİSTANA SƏFƏR EDƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri Avropa Şurası mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puç qurumun Ermənistana dair 1609 və 1620 saylı qətnamələrindən irəli gələn öhdəliklərin yerinə yetirilmə vəziyyətini öyrənmək məqsədi ilə iyulun 22-25-də Ermənistana səfər edəcəkdir.
AŞPA sədri bir qədər əvvəl AŞ-nin insan hüquqları üzrə komissarı Tomas Hammerberqin martın 1-də və 2-də Ermənistanda baş vermiş hadisələr zamanı həbs edilmiş şəxslərin taleyi, habelə insan haqlarının vəziyyəti ilə bağlı hazırladığı məlumatda göstərdiyi mənfi halların aradan qaldırılması ətrafında dövlət rəsmiləri ilə müzakirələr aparmaq niyyətindədir. Sədr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni də müzakirə etməyi qərara almışdır.
Səfər zamanı Luis Maria de Puç hakimiyyət rəsmiləri ilə yanaşı, insan hüquqlarının müdafiəçiləri, mart hadisələrini tədqiq edən xüsusi komitənin üzvləri və keçmiş prezident Levon Ter-Petrosyanla görüşməyi də planlaşdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [19:31]
Kemerovo vilayətində An-12 təyyarəsi qəzaya uğrayıb
- 17.11.2026 [17:52]
Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib
- 17.11.2026 [17:34]
Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub
- 17.11.2026 [17:31]
Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub
- 17.11.2026 [17:28]
İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib
- 17.11.2026 [16:36]
QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir
- 17.11.2026 [16:20]