A.S.ŞÜKÜROVA FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİR DİPLOMATİK RÜTBƏSİ VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Ağasəlim Səmədağa oğlu Şükürova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 may 2010-cu il.