Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astana görüşü: Suriya böhranında dönüş nöqtəsidirmi?

Astana görüşü: Suriya böhranında dönüş nöqtəsidirmi?

Qazaxıstanın paytaxtı Astana şəhərində Rusiya, Türkiyə və İran nümayəndələrinin Suriya böhranının həlli ilə bağlı apardıqları müzakirələrə dünya KİV-i ciddi maraq göstərib. Müxtəlif aspektlərdən edilən təhlillər təsdiq edir ki, bu görüş Cenevrə müzakirələrindən fərqli olaraq, daha konkret məqamlarla əlaqəlidir. Yekunda qəbul edilən bəyannamədə bir neçə bənd üzrə ortaq mövqe ifadə olunub. Ekspertlər belə bir sənədin qəbulunu ümumiyyətlə, müsbət hal adlandırırlar. Tərəflər bütövlükdə Suriya məsələsini sülh yolu ilə həll etməkdə eyni mövqedə olduqlarını təsdiqləyiblər. Ancaq Rusiya-Türkiyə-İran "üçlüyü"nün əldə etdiyi razılıqlara Suriyadakı qüvvələrin nə dərəcədə əməl edəcəkləri tam aydın deyil. Çünki hətta rəsmi Dəməşqə belə Kreml atəşkəslə bağlı xəbərdarlıq edir, reallıqda isə B.Əsəd ordusu intensiv surətdə bu rejimi pozur. Eyni fikri bir sıra müxalif qruplara və kənar təsirlər altında olan silahlılara da aid etmək olar. Belə mürəkkəb şəraitdə Suriyadakı münaqişənin taleyi necə ola bilər? Müharibəni dayandırmaq mümkündürmü?

Razılaşdırılmış bəndlər: əməl ediləcəkmi?

Astana görüşünə ümidlər böyük idi. Ekspertlər əmin idilər ki, Rusiya, Türkiyə və İran Qazaxıstanın paytaxtında Suriya ilə bağlı tutarlı nəticələr əldə edəcəklər. Əslində, bu ümidlər qismən özünü doğrultdu. Astanada nəzərdə tutulan formatda müzakirələr baş tutdu. Lakin bir düzəlişi də unutmaq olmaz. Suriya müxalifəti Bəşər Əsədin nümayəndələri ilə üz-üzə danışmayacağını bildirdi. Görüşü təşkil edən dairələr bu tələblə razılaşmalı oldular. Ancaq Qazaxıstanın paytaxtında Türkiyə, Rusiya və İran təmsilçiləri sona qədər fikir mübadiləsi apara bildilər və yekunda ortaq bəyannamə qəbul edildi.

Ekspertlər alınan nəticəni müsbət qiymətləndirirlər. Onlar hesab edirlər ki, Astana müzakirələri Cenevrədə aparılan danışıqlardan daha səmərəliliyi və real nəticələri ilə fərqlənir. Hər bir halda bu prosesi qlobal və regional geosiyasi kontekstdə analiz etməyə ehtiyac duyulur.

Suriya məsələsi mahiyyətcə çox mürəkkəbdir. Bu ölkədə ixtilaflar dərinliklərə qədər işləyib. Burada iqtidar-müxalifət, sünni-şiə və s. qarşıdurması özünə yer alıb. Əlavə olaraq, böyük dövlətlərin maraqlarına xidmət edən bir neçə radikal qruplar öz təsirlərini göstərirlər. Müxtəlif region ölkələri də proseslərə fərqli səviyyələrdə müdaxilə edirlər. Bunlardan əlavə, ümumiyyətlə, Suriya ixtilafını başladan dairələrin pərdə arxasında hansı işlər gördüyü də məlum deyil.

Son zamanlar Suriya üçün daha çox təhlükə törədən faktor radikal qrupların yeni silahlarla təmini prosesinin intensivləşməsidir. Onlar daha güclü silahla təmin edildikcə intiqam hissi də alovlanır, revanş götürmək ehtirası güclənir. Nəticədə, meydana yeni-yeni münaqişələr çıxır. Təəssüf ki, bu prosesin də qarşısı alınmır - silah tacirləri fəallıqlarını azaltmırlar.

Bu mənzərədə İŞİD-in yeri və rolu ayrıcadır. Dünyanın hərbi cəhətdən ən güclü dövlətləri belə İŞİD-ə qarşı savaş aparır (yaxud belə görüntü var). İlk zamanlar bu terror təşkilatının Suriya və İraqdakı mövqeləri sanki zəifləmişdi. Lakin İŞİD-in Palmiranı geri qaytarması, Yəməndə fəallaşması, Mərkəzi Asiyaya nüfuz etməyə başlaması, Der-əz-Zora hücumu, Əl-Babda ciddi müqavimət göstərməsi sübut edir ki, real vəziyyət heç də böyük dövlətlərin təqdim etdiyi kimi deyil. İŞİD kənardan gizli dəstək hesabına bütün dünyaya meydan oxuyur.

Burada ABŞ-ın mövqeyini də mütləq nəzərə almaq lazımdır. Ölkənin yeni iqtidarı isə hələlik Suriya məsələsi haqqında konkret fikir bildirmir. Bir sıra ekspertlər hesab edirlər ki, bu vəziyyət bütövlükdə Suriyadakı prosesləri qeyri-müəyyənlikdə saxlayır (bax: məs., Россия и Турция "поделили" Сирию / "Свободная пресса", 25 yanvar 2017).

Kənar qüvvələrin təsiri: daxili ziddiyyətləri alovlandıranlar

Şübhə yoxdur ki, Donald Tramp dəqiq mövqe ifadə etmədiyi surətdə Suriyada real dəyişikliklərdən danışmaq imkansızdır. Bu cür mürəkkəb və ziddiyyətli situasiyada isə hansısa qalıcı nəticələrə nail olmaq xeyli çətindir. Mütəxəssislər Astana görüşünü məhz həmin aspektdə qiymətləndirməyi daha düzgün hesab edirlər. Əslində, orada iştirakçılar bir sıra maraqlı razılaşmalar əldə ediblər. Yekun kommünikeyə görə, Rusiya, Türkiyə və İran Suriyada hərbi yolla problemi həll etməyin mümkün olmadığı qənaətindədirlər. Həll yolu BMT-nin 2254 saylı qətnaməsi əsasında mümkün ola bilər (bax: Astana görüşmelerinde ikinci gün / "Habertürk", 24 yanvar 2017). Bu, siyasi proses ola bilər, onun hərbi elementi qəbuledilməzdir. Sonra razılığa gəlinib ki, Türkiyə, Rusiya və İran Suriyada atəşkəsi dəstəkləmək üçün ortaq nəzarət mexanizmi quracaqlar. Bundan başqa, müxalif qrupların Cenevrə görüşmələrinə qatılmasına dəstək veriləcək. Nəhayət, İŞİD və "Cəbhətül-Nusra"ya qarşı birgə mübarizə aparılacaq və digər silahlı müxalif qruplar onlardan ayrı tutulacaq (bax: əvvəlki mənbəyə).

Bu şərtlərdən göründüyü kimi, Moskva, Ankara və Tehran böhranın həllində yalnız ilkin addımları atırlar. Onlar hələlik bütövlükdə ölkədə vəziyyəti sabitləşdirməyə çalışırlar. Bunun üçün isə atəşkəs rejiminə ciddi əməl olunmalıdır. Təcrübə göstərir ki, bu şərt ödənilmir. Bir tərəfdən rejim gücləri, digər tərəfdən İrana meyilli qruplar daim atəşkəsi pozurlar. Suriyalı müxaliflərini Astanada təmsil edənlər bu faktı açıq söyləyiblər. Onlar İranın Suriyaya hərbi təsirinin zəiflədilməsini tələb ediblər. Əks halda, orada heç bir atəşkəs rejiminin baş tutmayacağını bəyan ediblər. Müxaliflər yekun bəyannaməni də bu şərt ödənmədiyinə görə imzalamaqdan imtina ediblər.

Düşündürücüdür ki, Rusiyanın təkidlərinə baxmayaraq, B.Əsədə bağlı qüvvələr də atəşkəsə əməl etmirlər. Moskva Astana görüşü ərəfəsində rəsmi Dəməşqi sərt şəkildə xəbərdar edib. Ekspertlərin rəyinə görə, B.Əsədi İran bu addımlara təhrik edir. Sirr deyil ki, Suriya rejiminin ən güclü dəstəkçisi şiə faktoruna görə Tehrandır. Hər bir halda daim Moskvaya müharibədə dönüş yaratdığına görə minnətdarlıq edən Əsəd indi onu müəyyən məsələlərdə eşitmək istəmir. Bu isə o deməkdir ki, hansısa gizli məqamlar mövcuddur ki, Suriyada kimin-kim olduğunu tam aydınlaşdırmağa imkan vermir.

Bunların fonunda ekspertlər Rusiya və Türkiyənin Suriyada ciddi nəticələr əldə edə biləcəklərini də vurğulayırlar. Onlar faktiki olaraq Suriyada öz nüfuz dairələrini müəyyənləşdiriblər. Bundan başqa, müxalif hərbi qüvvələrin 80 faizinin Türkiyəyə hörmətlə yanaşdığı vurğulanır. Məsələn, rusiyalı ekspert Yuri Mavaşev həmin məqamı açıq qeyd edir (bax: Россия и Турция "поделили" Сирию / "Свободная пресса", 25 yanvar 2017). Ekspertin fikrincə, Ankara və Moskva üçün ən böyük maneə Vaşinqton ola bilər. Yuxarıda vurğuladığımız kimi, bu məsələdə isə hələlik aydınlıq yoxdur.

Nəhayət, Suriya məsələsində böyük ərəb dövlətlərinin maraqlarının nə dərəcədə təmin edildiyi müəmmalıdır. O cümlədən Səudiyyə Ərəbistanının mövqeyi məlum deyil. Ər-Riyadın ABŞ-ı müdafiə edəcəyi daha çox ehtimal olunur.

Bütün bunlardan belə çıxır ki, Astana müzakirələri ilkin addım kimi uğurlu sayıla bilər. Lakin Suriyada və onun ətrafında situasiyanın mürəkkəb olduğunu nəzərə alsaq, bu pozitiv məqamın inkişaf etdirilib-etdirilməyəcəyi barədə konkret fikir söyləmək çətindir. Gözlənilir ki, Qərb tərəfdən Rusiya və Türkiyəni pis vəziyyətə salmaq üçün hansısa addımlar atılsın. Məsələn, belə məlumatlar yayılır ki, Amerika Suriyanın şimalında yeni hərbi baza tikir və oraya xüsusi təyinatlıları yerləşdirməklə məşğuldur. Həmin qüvvələrin Suriyada hansı rolu oynayacaqları aydın deyil.

Digər düşündürücü məqam Şimali İraqdakı kürd muxtariyyəti rəhbərliyinin İrana qarşı sərt mövqedə olması ilə bağlıdır. Kürd muxtar regionunun başçısı Məsud Bərzani açıq bildirib ki, əgər İrana meylli Nuri əl-Maliki İraqda yenidən baş nazir olsa, müstəqillik elan edəcəklər. Bu fikir ayrılığı Suriya məsələsində də özünü göstərir.

Belə görünür ki, Astanada əsası qoyulan razılaşmaların reallaşması haqqında dəqiq fikir bildirmək hələ tezdir. Yaxın Şərqi müxtəlif təbiətli ziddiyyətlər elə bürüyüb ki, hansı faktorun necə təsir edəcəyini proqnozlaşdırmaq da xeyli mürəkkəbləşib. Buna baxmayaraq, regionda Rusiya və Türkiyənin öz geosiyasi maraqlarını əsaslı şəkildə uyğunlaşdırmağa başladığı hiss edilir. Regionun gələcək taleyi aspektində bu faktın böyük əhəmiyyəti ola bilər.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans