İQTİSADİYYAT
Astanada milli bazar strategiyalarının aktual məsələləri müzakirə olunub
Bakı, 11 avqust (AZƏRTAC). Qazaxıstanın Astana şəhərində İSO-nun (International Organization for Standardization) beynəlxalq forumu keçirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, forumda Avropa və Mərkəzi Asiyanın 20-dən çox ölkəsinin milli standartlaşdırma orqanlarının yüksək vəzifəli nümayəndələri, eləcə də, İSO-nun baş katibi Robert Entoni Stil və Qazaxıstan Respublikası baş nazirinin birinci müavini Aset İsekeşev iştirak ediblər.
Tədbirdə intellektual mülkiyyətin formalaşdırılması, müştərilərin ehtiyaclarının ödənilməsi və iştirakçı ölkələrin milli bazar strategiyalarının inkişafı üçün aktual olan məsələlər müzakirə olunub.
Ölkəmizi forumda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev təmsil edib.