REGİONLAR
Astara Dövlət Rəsm Qalereyasının gənc rəssamları Cəlilabad rayonunda ekskursiyada olublar
Astara, 7 avqust, Bağır Əliyev, AZƏRTAC
Astara Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə həvəskar gənc və yeniyetmə rəssamların Cəlilabad rayonuna ekskursiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Dövlət Rəsm Qalereyasından başlanan ekskursiyada 30-dan çox rəssam iştirak edib.
Ekskursiya zamanı Astara Dövlət Rəsm Qalereyasının “Rəssamlıq” dərnəyi üzvlərinin seçilən əl işlərindən ibarət sərgisi nümayiş olunub.
Astaranın gənc rəssamları Cəlilabad Dövlət Rəsm Qalereyasının, Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinin, Heydər Əliyev Mərkəzinin kollektivi ilə görüşərək, burada nümayiş etdirilən eksponatlarla tanış olublar. Onlar, həmçinin rayonunun görməli yerlərinə səyahət ediblər.