REGİONLAR
Astara: pərakəndə ticarət dövriyyəsi qeyri-ərzaq malları üzrə artıb
Astara, 26 may, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında Astara rayonunun pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59074,4 min manatlıq, o cümlədən 33121,4 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 25953,0 min manatlıq qeyri-ərzaq malları satılıb. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 1,5 faiz azalıb.
Bu barədə AZƏRTAC-a Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, istehlak məhsullarının dəyərinin hamısı qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 12,0 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 5,3 faiz, bazar və yarmarkalarda 3,3 dəfə artıb, fərdi sahibkarlar üzrə isə 26,4 faiz azalıb.