ASTARADA HEYDƏR ƏLİYEVƏ ABİDƏ UCALDILACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara şəhərinin mərkəzi meydanında ümummilli liderimiz Heydər Əliyevin abidəsi ucaldılacaq.
Hündürlüyü 6 metrə yaxın olan və 650 kvadratmetr ərazidə inşa ediləcək abidə kompleksinin 2005-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.