REGİONLAR
Astarada Lənkəran sakinindən beş kiloqram narkotik aşkarlanıb
Astara, 25 iyun, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın cənub bölgəsinə verilən məlumata görə, Lənkəran şəhər sakini, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkum olunmuş Azad Həsənov Astara rayonu ərazisində tiryəki satdıqdan sonra cinayət başında saxlanılıb.
Polis əməkdaşları tərəfindən onun üzərinə və əlində daşıdığı sellofan torbaya baxış keçirilərkən altı bükümdə ümumi çəkisi 5,3 kiloqram tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.