REGİONLAR
Astarada qanunsuz ov edənlər saxlanılıblar
Astara, 30 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Kələdəhnə kəndi ərazisində ov üçün nəzərdə tutulmayan ərazidə qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri M.Rüstəmov və N.Rüstəmov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan şəxslərdən qanunsuz ovladıqları 12 çöl quşu və 2 ov tüfəngi aşkarlanıb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.