REGİONLAR
Astarada qanvermə aksiyasında 250 könüllü iştirak edib
Astara, 12 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyasında 250 könüllü iştirak edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına və Səhiyyə Nazirliyinin təsdiq etdiyi qrafikə uyğun olaraq keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xeyriyyə aksiyasının keçirilməsində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdir.
Səhiyyə Nazirliyinin ET Hematologiya və transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərdən ibarət həkim briqadası könüllülərdən qan analizi götürərək, onların sağlamlıqlarını müəyyənləşdirib. Onlardan yalnız 151 nəfərindən qan götürülüb.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu qeyd edərək, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.