REGİONLAR
Astaralı idmançı Bakıda keçirilən beynəlxalq peşəkar döyüş turnirinin qalibi olub
Astara, 22 aprel, Bağır Əliyev, AZƏRTAC
Bakı şəhərində Beynəlxalq Fri-faytinq Assosiasiyası tərəfindən beynəlxalq peşəkar döyüş turniri keçirilib. İki gün davam edən yarışda K-1-MMA versiyasında astaralı idmançı Anar Əliyev 74 kiloqram çəki dərəcəsində rəqibinə böyük üstünlüklə qalib gələrək çempion adını qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, astaralı idmançını yarışa VI dan qara kəmər ustası, Budo döyüş növləri üzrə məşqçi Ramiq Rəhmanov hazırlayıb.
Aprelin 22-də Astara Rayon Gənclər və İdman İdarəsində beynəlxalq turnirin qalibi olmuş Anar Əliyevlə görüş keçirilib.
İdarənin rəisi Ərçə Əliyev gənc idmançını qazandığı uğur münasibətilə təbrik edərək, ona yeni qələbə sevinci arzulayıb.