Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“AtaBank”ın konsolidasiya prosesi uğurla tamamlanıb

Bakı, 1 iyun, AZƏRTAC

"AtaBank” və “CDB” bankın birləşməsi nəticəsində bank sektorunda keyfiyyətcə yeni, müştəriyə fokuslanmış, innovativ və güclü maliyyə göstəricilərinə malik, 100 faiz yerli kapitallı bir bank ərsəyə gəlib.

AZƏRTAC xəbər verir ki, iyunun 1-də “Caspian Development Bank”ın “AtaBank”a qoşulması, bankların konsolidasiya prosesinin gedişatı və ilkin nəticələrinə həsr edilmiş mətbuat konfransında bu barədə məlumat verən "AtaBank" idarə heyətinin sədri Dəyanət Quliyev qeyd edib ki, ölkənin bank sektorunda ilk konsolidasiya prosesi uğurla başa çatıb. Onun sözlərinə görə, bankların resurslarının birləşdirilməsi nəticəsində kifayət həcmdə maliyyə ehtiyatları formalaşıb, bankın kapital mövqeyi möhkəmlənib, müştərilərin banka etimadı artıb.

Bu prosesin maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsinin hədəflərinə cavab verdiyini, ölkə rəhbərliyinin bankların yüksək dünya standartlarına cavab verməsi, bu məqsədlə konsolidasiya siyasətinin davam etdirilməsinin zəruriliyi ilə bağlı tövsiyələri çərçivəsində həyata keçirildiyini qeyd edən D.Quliyev bank sektorunda başlanmış islahatların və konsolidasiya proseslərinin ümumilikdə maliyyə sisteminin sağlamlaşdırılmasına müsbət təsir etdiyini və ölkənin davamlı iqtisadi inkişafına xidmət etdiyini bildirib.

Bankın strateji hədəfinin geniş müştəri kateqoriyasına fokuslandığını vurğulayan D.Quliyev uğurlu korporativ menecment sayəsində bankın 2017-ci ilin ötən müddəti ərzində 2,5 milyon manatlıq mənfəətə çıxdığını və bununla da 2016-cı ilin illik göstəricilərini artıq 2 dəfədən çox qabaqladıqlarını diqqətə çatdırıb. Bildirilib ki, hazırda “Atabank”ın xarici kreditorlar qarşısında heç bir öhdəliyi yoxdur.

"AtaBank" İdarə Heyəti sədrinin müavini Etibar Babaşlı “Caspian Development Bank”ın “AtaBank”la konsolidasiyası prosesinin uğurla tamamlandığını, bankın kapital mövqeyinin möhkəmləndiyini, likvidliyinin yüksəldiyini qeyd edib. Prosesin korporativ idarəetmə sisteminin ən yüksək standartları çərçivəsində aparıldığını bildirən E.Babaşlı konsolidasiya prosesi nəticəsində maliyyə dayanıqlılığı göstəricilərinin qanunvericiliyin müəyyən etdiyi kriteriyalara uzlaşdırıldığını, bankın sağlam və effektiv fəaliyyətinin təmin edildiyini vurğulayıb.

E.Babaşlının sözlərinə görə, konsolidasiyadan sonra “AtaBank”ın bazar mövqeləri əhəmiyyətli şəkildə güclənib. Bankın cəmi kapitalı 142.8 milyon manat təşkil etməklə ölkə bankları arasında 4-cü mövqeni tutur (inteqrasiya prosesindən öncə 18-ci yer). Bankın aktivləri əvvəlki illə müqayisədə 29.8 faiz artıb və 607.3 milyon manat təşkil edərək ölkənin 31 bankı arasında 14-cü yerdən 8-ci yerə qalxmağa imkan verib.

Prosesin birləşmiş bank üçün sinerji effekti verdiyi və uğurlu nəticələr yaratdığı vurğulanıb. Konsolidasiya prosesi nəticəsində “AtaBank”ın müştəri bazası əhəmiyyətli dəyişikliyə uğrayıb. Bankın konsolidasiya prosesi müştərilərin inamının artmasına, xidmətin yaxşılaşdırılmasına, etibarın möhkəmlənməsinə imkan verib. Nəticədə bankın xidmət etdiyi fiziki şəxslərin sayı 11.9 faiz, hüquqi şəxslərin sayı isə 15.9 faiz artıb. Müddətli əmanət portfelinə görə, banklar arasında 6-cı yerdə sıralanan “AtaBank” ASC-də fiziki şəxslərin əmanətləri 222,7 milyon manata çatıb ki, bu da bank sektorunda 6-cı mövqedir.

Bankın xidmət və maliyyə infrastrukturu möhkəmlənib. Hazırda “AtaBank” filial şəbəkəsinə görə 31 filial və şöbə ilə ölkə bankları arasında 5-ci, ATM şəbəkəsinə görə 3-cü, POS-terminal sayına görə isə 1-ci yerdə qərarlaşıb. “AtaBank” ASC-nin bu günə kredit portfeli 546,1 milyon manat təşkil edir. E.Babaşlının sözlərinə görə, bu göstəriciyə görə təmsil etdiyi kredit təşkilatı ölkə bankları arasında 4-cü yerdədir.

Aktivlərin qiymətləndirilməsinin aparılmasına məsul olan “PwC” şirkəti ilə birlikdə prosesin maksimal tez müddətdə, müştərilər üçün fasiləsiz, menecment üçün çevik və rahat şəkildə həyata keçirildiyini bildirən E.Babaşlı qarşıya qoyulmuş əsas məqsədə - yüksək səmərəli, cəlbedici müştəri xidməti, daha güclü və dayanıqlı bank yaradılmasına nail olunduğunu söyləyib. Birləşmə prosesi zamanı ilkin mərhələdə qiymətləndirmənin aparıldığı, mövcud maliyyə, hüquq, kommersiya vəziyyətinin yoxlanıldığı və inteqrasiya prosesinin yol xəritəsinin hazırlandığını qeyd edib.

“PricewaterhouseCoopers” şirkətinin təmsilçisi Mövlan Paşayev bildirib ki, son bir neçə ay ərzində Azərbaycanda ilk hüquqi qoşulma prosesinə dəstək olmaq məqsədilə “AtaBank” və “CDB” Bank ilə yaxından əməkdaşlıq edilib. Prosesin mürəkkəbliyini nəzərə alaraq və konsolidasiya prosesinin müxtəlif istiqamətlərini (hüquq, vergi, audit və texnologiya, insanlar və dəyişikliklərin onlara təsirinə dair məsləhət xidmətləri və s.) paralel və sürətli şəkildə aparmaq məqsədilə “PwC” tərəfindən bir sıra müxtəlif ekspertlər layihəyə cəlb edilib. İnteqrasiya prosesinin uğurla başa çatdırılması məqsədilə bank sektoru üzrə ən qabaqcıl təcrübələrə müraciət edilib və prosesin mümkün qədər səlis və problemsiz, həmçinin biznes fəaliyyətini dayandırmamaq şərtilə keçməsi təmin edilib. M.Paşayevin sözlərinə görə, hazırda banklar hüquqi cəhətdən qoşulub və vahid bank qismində fəaliyyət göstərir. Qoşulmadan sonrakı inteqrasiya proseslərin həyata keçirilməsinə biznesin inkişafı və optimallaşdırılması zamanı “AtaBank”la uğurlu əməkdaşlıq davam edəcək.

Tədbirdə “AtaBank”, “Synergy Group” və “PricewaterhouseCoopers” şirkətinin rəhbərliyi iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb