ATƏŞİ ÖZÜNƏ AÇMIŞDIR
Sumqayıt, 11 mart (AZƏRTAC). Seyfəddin Mərifət oğlu Behbudovun ovçuluğu onun üçün pis nəticələnmişdir. 1952-ci il təvəllüdlü Seyfəddin Behbudov “Xəzər bağları” yaşayış sahəsi yaxınlığında, dəniz kənarında ördək ovuna çıxmışdı. Lakin ördək ovlamaq əvəzinə açdığı atəşlə özünü yaralamışdır. Sumqayıt Şəhər Polis İdarəsinin növbətçi hissəsində bu məlumat təsdiqlənmişdir.
Əldə olunan ilkin məlumata görə, atəş S.Behbudova məxsus “TOZ-63” markalı 16 kalibrli ikilüləli tüfəngdən açılmışdır. İstintaq müəyyənləşdirmişdir ki, seriya nömrəsi olmayan tüfəng ovçu tərəfindən qeyri-qanuni şəkildə saxlanılırdı. S.Behbudovun ehtiyatsızlığı onun sol əlinin və budunun yaralanması ilə nəticələnmişdir. Yaralı şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılmışdır.
Şəhər polis idarəsinin istintaq şöbəsində həmin faktla əlaqədar təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]