SİYASƏT
ATƏT-İN MİNSK QRUPUNUN FRANSALI HƏMSƏDRİ ANKARADA GÖRÜŞ KEÇİRMİŞDİR
Ankara, 18 may (AZƏRTAC). ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye Ankarada Türkiyə xarici işlər nazirinin müavini Atakan Ərtoğrul ilə görüşmüşdür.
Türkiyənin rəsmi Anadolu agentliyinin məlumatına görə, görüşdə müzakirə olunan əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi olmuşdur. Türkiyə tərəfi bildirmişdir ki, rəsmi Ankara Minsk qrupunun prosesin nizamlanmasındakı roluna böyük əhəmiyyət verir. Bernar Fasye münaqişənin həlli ilə bağlı danışıqlar barədə məlumat vermişdir. Xüsusi olaraq vurğulanmışdır ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Ermənistan-Azərbaycan münaqişəsinin həlli paralel proseslərdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara