SİYASƏT
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlamışdır
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-dən ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovun (Rusiya), Robert Bradtkenin (ABŞ), Jak Forun (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin regiona növbəti səfəri başlamışdır.
AZƏRTAC xəbər verir ki, həmsədrlər mayın 13-də Yerevandan Bakıya gələcəklər.
Səfər çərçivəsində həmsədrlərin hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların hazırkı vəziyyəti, problemin həlli perspektivləri müzakirə olunacaqdır.