ATGTİ-DƏ TƏLİMLƏR DAVAM EDİR
Bakı, 3 oktyabr (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nəzdində yaradılmış müxtəlif işçi qruplar fəaliyyətlərini davam etdirirlər.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, psixoloqlar işçi qrupu 8 ali təhsil müəssisəsindən 20-yə yaxın tələbənin iştiraki ilə “Ünsiyyətdə bədən dili” mövzusunda psixoloji təlim keçirmişdir.
Məşğələdə mütəxəssis-təlimçi, Psixologiya və Konsultasiya Mərkəzinin baş psixoloqu Elnur Rüstəmov tələbələrə müxtəlif jest və mimikaların mənaları haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, insanın gündəlik istifadə etdiyi jestlərin əksəriyyəti şüuraltı formada həyata keçir. Onun dediyinə görə, siyasətçilər jestlərin xüsusi mənalarına fikir verir, qadınlar isə “bədən dilini” daha yaxşı anlayırlar.
E.Rüstəmov müxtəlif rəsmi salamlaşma qaydaları haqqında da danışmış, iştirakçıların suallarını cavablandırmışdır.
Tələbələr ünsiyyət dilindən bəhs edən sənədli filmə maraqla baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]