ELM VƏ TƏHSİL
ATMU-nun əməkdaşları beynəlxalq qış turizmi konfransında məruzə ediblər
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Menecment kafedrasının müdiri, dosent Arzu Hüseyn və kafedranın müəllimi Ühəyna Valehzadə Türkiyənin Atatürk Universitetinin təşkil etdiyi I beynəlxalq qış turizmi konfransında iştirak ediblər. Beynəlxalq konfransda Türkiyə və Avropa ölkələrinin universitetlərindən nümayəndələr məruzələrlə çıxış ediblər.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, A.Hüseyn və Ü.Valehzadənin “Azərbaycanın qış turizm potensialının svot analizi ilə dəyərləndirilməsi” mövzusunda məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. ATMU-nun təmsilçiləri səfər çərçivəsində professor Muharrem Tuna ilə görüşüblər. Söhbət əsnasında universitetlərarası əməkdaşlıq, qarşılıqlı xidmət mübadilələri və sair diqqətçəkən məsələlər müzakirə edilib.