Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

ATU-nun Tədris Terapevtik Klinikasında 86 nəfər şəhid ailə üzvü və qaziyə pulsuz tibbi xidmət göstərilib

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında şəhid ailələri, qazilər və qazi ailələri üçün ödənişsiz müayinə aksiyası təşkil olunub. Aksiyada həmin kateqoriyadan olan vətəndaşlar həkim müayinəsi ilə yanaşı, qanın ümumi analizi+ECS, sidiyin ümumi analizi, qanda şəkər, döş qəfəsinin rentgenoskopiyası, EKQ, USM, o cümlədən laborator və instrumental müayinələrdən tam ödənişsiz keçiblər.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xəstə yaxını Orxan Mehdiyev bildirib ki, anası Səidə Mehdiyevanı tanınmış nevropatoloq Dilarə Xəlilovanın qəbuluna gətirib. Orxanın sözlərinə görə, qardaşı Vətən müharibəsində şəhid olduqdan sonra anası ağır dərəcəli psixoloji travma alıb və hazırda böyük sıxıntılar içində yaşayır. Bir ildən çoxdur ki, anası bir sıra həkimlər tərəfindən müalicə olunsa da, yenə kəskin baş ağrısından və davamlı ürək döyüntüsündən əziyyət çəkir. Ona görə də D.Xəlilovaya müraciət etmək qərarına gəliblər.

Növbəti müsahibimiz qazi Rövşən Verdiyev isə böyrəklərini müayinə etdirmək üçün gəldiyini deyib. Ödənişsiz aksiyanın təşkilindən razılığını ifadə edən qazi bildirib ki, indiyədək səhhətində ciddi problem olmayıb: “Koronavirusa qarşı üç doza peyvənd qəbul etmişəm, bu gün də şəkərimi, təzyiqimi yoxlatdırmaq üçün ümumi analiz verəcəm”.

Qəbul şöbəsindən öyrənirik ki, aksiyaya gələnlərin bir çoxunun üz tutduğu həkimlərdən biri də klinikanın Pulmonologiya və allerqologiya şöbəsinin terapevt-kardioloqu, dosent Arzu Bəydəmirovadır. Həmin şöbədə qazi atası Mahmud Ağayevlə həmsöhbət oluruq. Bildirir ki, oğlu Qəzənfər Ağayev İkinci Qarabağ müharibəsi qəhrəmanıdır və hazırda onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün “YAŞAT” Fondu tərəfindən qardaş Türkiyəyə müalicəyə göndərilib. Özü isə təzyiq xəstəsidir və kardioloji müayinə almaq üçün klinikada təşkil olunmuş aksiyaya qatılıb.

Bundan başqa, həkimin qəbulunda növbə gözləyən şəhid ailə üzvləri Zeynəbxatun Allahverdiyeva, Fərqanə Əzizova, Kinayət İsgəndərova və daha bir şəhidimizin həyat yoldaşı Nabat Məmmədovanın səhhəti ilə maraqlanırıq. Onlar qeyd edirlər ki, aksiya haqda sosial şəbəkələrdə məlumat alıblar və Arzu xanımı peşəkar həkim kimi tanıdıqları üçün fürsətdən istifadə etmək qərarına gəliblər.

A.Bəydəmirova özü isə ona pənah gətirənlərin şikayətini dinləyir, müayinələr aparır və məsləhətlərini verirdi. İşinin çoxluğuna baxmayaraq bizimlə də ayaqüstü söhbət etməyə imkan tapan həkim məlumat verdi ki, bununla üçüncü dəfədir ki belə xeyriyyə aksiyasında iştirak edir. Ona müraciət edənlərin əksəriyyəti əsəb gərginliyindən, yüksək təzyiqdən və psixoloji cəhətdən əziyyət çəkənlərdir. Həkimin sözlərinə görə, həmin kateqoriyadan olan xəstələrə davamlı olaraq tibbi yardım göstərmək lazımdır. Bunun üçün də onları hər ay həkim müayinəsindən keçirmək və daim diqqətdə saxlamaq lazımdır.

Daha sonra Nevrologiya şöbəsinə baş çəkirik. Burada hərbi geyimdə olan bir qazi diqqətimizi çəkir. Məlum olur ki, o, Vətən müharibəsinin iştirakçısı Mənsum İsgəndərovdur. O, Nevrologiya kafedrasının müdiri, professor Aytən Mahalovanın qəbuluna gəlib. Mənsum deyir ki, 3 uşağı və həyat yoldaşını da müayinələrə gətirib. Klinikada yaradılan şəraitdən, onlara göstərilən diqqət və qayğıdan məmnun olduğunu ifadə edən M.İsgəndərov, hər zaman dövlətin dəstəyini hiss etdiyini bildirib və bu cür aksiyaları dövlətimizin onlara göstərdiyi münasibətin bariz nümunəsi kimi qiymətləndirib.

Xeyriyyə aksiyasının məqsədi və əhəmiyyəti barədə fikirlərini bizimlə bölüşən Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev bildirib ki, 2020-ci ilin noyabrın 8-i Azərbaycanın tarixinə ən parlaq səhifə kimi daxil olub: “Şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda apardığı Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə sona çatdı. Düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Bununla da xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi, ədalət öz yerini tapdı. Hazırda doğma Qarabağımızda geniş miqyasda bərpa-quruculuq işləri aparılır. İnsanların öz doğma yurd-yuvalarına qayıtması üçün nəhəng layihələr həyata keçirilir. Otuz ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşayan insanlar yaxın vaxtlarda tarixi torpaqlarımıza qayıdacaq və orada həyat yenidən canlanacaq. Bütün bunlar bizim Qarabağ savaşında əldə etdiyimiz böyük qələbənin nəticəsidir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, eləcə də Vətən uğrunda döyüşən, canından keçən şəhid və qazilərimiz sayəsində hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq.

Sözsüz ki, Vətən müharibəsində qazandığımız qələbə tibb işçiləri üçün də böyük fəxrdir. Bu əlamətdar günlərdə, eynilə müharibə günlərində olduğu kimi, tibb işçiləri də xalqımızın yanındadır, qələbə sevincinə şərikdir. Biz bu böyük zəfərə görə şəhid və qazilərimizə, o cümlədən onların ailə üzvlərinə borcluyuq. Həyata keçirdiyimiz aksiya da məhz bundan irəli gəlir. Səhhətində problem olan, müayinəyə ehtiyac duyan şəhid ailələrinə və qazilərimizə dəstək olmaq üçün belə aksiyanı təşkil etdik. Aksiya çərçivəsində Bakı sakinləri ilə yanaşı, digər regionlarda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələri, eləcə də qazilərimiz gün ərzində bir çox müayinələrdən ödənişsiz bəhrələndi. Onların müayinəsini həyata keçirmək və müalicə təyin etmək bizim müqəddəs vətəndaşlıq borcumuzdur”.

Klinikanın baş həkimi Fəridə Hacıyevanın verdiyi məlumata əsasən, aksiya çərçivəsində həmin kateqoriyadan olan 86 nəfərə tibbi xidmət göstərilib. Yuxarıda adlarını çəkdiyimiz həkimlərlə yanaşı, digər tibb işçiləri - Vəfa Abbasova, Aytən Məmmədzadə, Azadə Ələkbərova, Könül Abbasəliyeva, Səbinə Məşədiyeva, Aytən Məmmədbəyli, Qoşqar İsmayılov, Filurə Babayeva, Sona Qəhrəmanova, Mətanət Pənahova və Mehriban Səmədova, o cümlədən Pulmonologiya və allerqologiya şöbəsinin rezidenti Nigar Namazlı laborator və instrumental müayinələrdə fəal iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib