İQTİSADİYYAT
Audiovizual məhsullar məhv edilmişdir
Bakı, 20 dekabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Nəsimi rayonu, H.Əliyev küçəsi, 15 ünvanında Əziz Orucova məxsus mağazada yoxlama aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satıldığı müəyyən olunmuşdur.
Mağazada aşkar edilmiş 187 ədəd pirat CD və DVD-nin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Əziz Orucova icrası məcburi göstəriş verilmişdir.
Dövlət Xidməti, həmçinin Nəsimi rayonu, 2-ci mikrorayon, H.Əliyev küçəsi, ev 3, mənzil 31 ünvanında Asif Bağırova məxsus mağazada 198 ədəd pirat CD və DVD aşkar etmiş və bu audiovizual məhsulların məhv edilməsi barədə icrası məcburi göstəriş vermişdir.