Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AUDİTOR XİDMƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA, AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN 1995-Cİ İL 19 SENTYABR TARİXLİ 1115 NÖMRƏLİ QƏRARI İLƏ TƏSDİQ EDİLMİŞ “AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI HAQQINDA ƏSASNAMƏ”YƏ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 1 FEVRAL TARİXLİ 535-IIIQD NÖMRƏLİ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 535-IIIQD nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 152) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Qanunun adından “və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə” sözləri çıxarılsın;

1.2. III bənd çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyul 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin