Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Auditor xidməti haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №3, maddə 226; 2001-ci il, №11, maddə 683, №12, maddə 736; 2002-ci il, №5, maddə 241; 2003-cü il, №1, maddə 21; 2004-cü il, №3, maddə 133; 2005-ci il, №8, maddə 684; 2007-ci il, №11, maddə 1053; 2008-ci il, №3, maddə 152; 2009-cu il, №7, maddə 517) 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. yeddinci abzasda “Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş” sözləri “Qanununa əsasən təqdim olunmalı” sözləri ilə əvəz edilsin;

2. on ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək.”.

II. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 10, №6, maddə 414; 2001-ci il, №5, maddə 293, №11, maddə 687, №12, maddə 740; 2002-ci il, №5, maddə 241, №6, maddə 328, №12, maddə 706; 2004-cü il, №5, maddə 318; 2005-ci il, №4, maddə 281, №8, maddə 699, №10, maddə 903, №11, maddə 993; 2007-ci il, №1, maddə 4, №2, maddə 69, №8, maddə 745, №11, maddələr 1053, 1075; 2008-ci il, №6, maddə 462, №7, maddə 602; 2009-cu il, №1, maddə 5, №7, maddə 517, №11, maddə 878) aşağıdakı dəyişikliklər edilsin:

1. 34-cü maddənin birinci hissəsində “Mülki Məcəlləsi” sözləri “qanunları” sözü ilə əvəz edilsin;

2. 42-1-ci maddədə “müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, verifikasiyası, məlumatın sənədləşdirilməsi, saxlanılması tələblərinə və həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş” sözləri çıxarılsın.

III. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579, №8, maddə 757, №10, maddələr 935, 936, 938, 940, №11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, №12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, №2, maddə 47, №3, maddələr 146, 152, 159, №4 maddə 249, №5, maddə 340, №6, maddələr 454, 460, 461, 464, №7, maddələr 601, 602, 605, №8, maddələr 699, 701, 711, №10, maddələr 884, 885, №11, maddələr 956, 957, №12, maddələr 1045, 1047,1049; 2009-cu il, №2, maddələr 36, 45, 49, 52, 53, №5, maddələr 309, 315, №6, maddələr 404, 405, №7, maddələr 517, 518, 519, №8, maddə 611, №12, maddələr 953, 954, 966, 971; 2010-cu il, №2, maddələr 70, 71, №3, maddələr 167, 171, 178, №4, maddələr 275, 276, №5, maddələr 379, 380, №6, maddə 483) 357.0.3-cü maddəsində “Mərkəzi Bankı” sözlərindən sonra “, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin