Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Auditorlar Palatasında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir olub

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Auditorlar Palatasında müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, YAP Auditorlar Palatası ilk ərazi təşkilatının üzvləri, Auditorlar Palatasının əməkdaşları və üzvləri iştirak ediblər.

Auditorlar Palatasının sədri, YAP Auditorlar Palatası ilk ərazi təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov qeyd edib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə Azərbaycan xalqı bir daha Ümummilli Liderin əziz xatirəsinə öz hörmət və ehtiramını bildirir. Ulu Öndər dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olmaqla öz həyatını doğma xalqına həsr edib, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edib. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, ümummilli lider Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda ulu öndər Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas edib. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olub. Zaman ötdükcə ulu öndər Heydər Əliyev dühasının təkrarolunmazlığı, Azərbaycan xalqı və dövlətçiliyi üçün gördüyü əzəmətli və ölçüyəgəlməz işlərin miqyası daha aydın, daha qabarıq nəzərə çarpır. Azərbaycana rəhbərliyinin hər iki dövründə dövlətçilik həyatına son dərəcə mürəkkəb şəraitdə başlayan ümummilli lider Heydər Əliyev bütün çətinlikləri şərəflə aradan qaldırmaqla yanaşı, bir rəhbər kimi Azərbaycan xalqı üçün öz dövründə böyük missiyalar yerinə yetirib, Azərbaycanın və ümumiyyətlə, türk-müsəlman dünyasının qədim dövlətçilik tarixinin rəhbərləri sırasında özünəməxsus yer tutub. Tale elə gətirib ki, ulu öndər Heydər Əliyev həm ötən əsrin 60-cı illərinin sonunda, həm də dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanda siyasi rəhbərliyə gələrkən respublikada cəmiyyət həyatının bütün sahələri aqoniya vəziyyətində olub, dövlət idarəetməsindən tutmuş mənəviyyat sahələrinə qədər hər yerdə dərin böhran hökm sürüb. Taleyin hökmü ilə avqust ayı iki dəfə Azərbaycan üçün tarixi inkişafın həlledici dönüş anına çevrilib.

Diqqətə çatdırılıb ki, 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumu keçirildi və cəmi üç həftə əvvəl respublikanın siyasi rəhbəri vəzifəsinə seçilmiş 46 yaşlı Heydər Əliyev həmin plenumdakı proqram səciyyəli məruzəsində maddi və mənəvi tənəzzül içərisində olan Azərbaycan cəmiyyətinin tərəqqiyə dönüş, keyfiyyətcə irəliyə, milli özünüdərkə, soy kökə qayıdış mərhələsinin aydın konturlarını bəyan etdi, özünün siyasi-təşkilatçılıq fəaliyyətinin bütün sonrakı illərini, coşqun enerjisini, bilik və bacarığını, idarəçilik məharətini həmin məruzədə əksini tapan və xalqımız üçün taleyüklü olan strateji problemlərin həllinə, Azərbaycanın gələcək dövlət müstəqilliyinin möhkəm təməlinin qoyulmasına həsr etdi.

Ulu öndər Heydər Əliyev isə tarix üçün çox qısa olan zaman kəsiyi ərzində özünün dərin zəkası, heyrətamiz təşkilatçılıq və idarəçilik bacarığı, rəhbər qətiyyəti və titanik şəxsi zəhməti hesabına hər dəfə Azərbaycanı dinamik inkişaf və tərəqqi yoluna çıxarıb, millətimizin imzasını imzalara qatmağa nail olub. 1993-cü ilin səksəkəli yayında ulu öndər Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi. 1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində Ulu Öndər deyib: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

Az bir müddət ərzində Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun daha etibarlı qorunması təmin edilməklə hərc-mərcliyə və özbaşınalığa son qoyuldu. Belə bir məqam xüsusi qeyd olunmalıdır ki, dövlət quruculuğu prosesində demokratik prinsiplərin yer alması nəinki ictimai-siyasi mühiti saflaşdırıb, eləcə də iqtisadi sabitliyi təmin edən köklü faktora çevrilib. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin iqtisadi baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır: iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaq və bu islahatlar vasitəsilə ölkə iqtisadiyyatını inkişaf etdirmək; mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan yüksəltmək, onun dağılmasına yol verməmək və bu potensialın bütün Azərbaycan xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək.

Mövcud iqtisadi potensialdan səmərəli istifadə etmək üçün hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışmağı tövsiyə edən ümummilli lider Heydər Əliyev bunu iqtisadiyyatın inkişafı, adamların işlə təmin edilməsi və nəticədə maliyyə vəziyyətimizin yaxşılaşdırılması, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi və bütövlükdə, iqtisadi böhrandan çıxış üçün əsas kimi qiymətləndirirdi. Ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının bel sütunu olan Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi - 1994-cü il sentyabrın 20-də imzalanmış və beynəlxalq aləmdə dərhal “Əsrin müqaviləsi” kimi dəyərləndirilmiş ilk neft sazişinin necə, hansı mərhələlərdən keçməklə hazırlandığını indi çoxları unudub. Halbuki dəfələrlə xatırlatmağa lüzum var ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışına qədər bu saziş layihəsi üzərində təxminin bir il “iş aparılıb” və 1993-cü ilin iyununda imzalanmasına AXC-Müsavat hakimiyyəti tərəfindən sanksiya verilib. Ölkənin vətəndaş müharibəsi həddinə çatdığı, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı həmin ağır günlərdə siyasi hakimiyyət məsuliyyətini öz öhdəsinə götürən Heydər Əliyevin qəbul etdiyi çox məsul və taleyüklü qərarlardan biri milli maraqlarımıza əsla uyğun gəlməyən, mahiyyət etibarı ilə nadir təbii sərvətlərimizin hərraca qoyulmasına rəvac verən həmin saziş layihəsinin imzalanmasını dayandırmaq və işləməyə qaytarmaq barədə oldu. Bundan sonra yenə təxminən bir il ərzində müxtəlif tərkibli nümayəndə heyəti və ekspertlər səviyyəsində saziş layihəsi üzərində iş getsə də, yalnız 1994-cü ilin mayından - o vaxt ölkə Prezidentinin Sərəncamı ilə SOCAR-ın xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1997-ci ildən - birinci vitse-prezident) vəzifəsinə təyin olunan İlham Əliyevin layihə üzərində işə cəlb edilməsindən sonra sazişin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tamamilə uyğunlaşdırılmış variantı real konturlar kəsb etməyə başladı. Həmin dövrdə İlham Əliyevin birbaşa rəhbərliyi və ya iştirakı ilə aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmələr, İstanbul və Hyuston (ABŞ) şəhərlərində keçirilmiş intensiv görüşlər Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündən onların fərdi payını qəti şəkildə müəyyənləşdirməyə, beləliklə də sazişin sonradan ölkə parlamenti tərəfindən qanun statusu verilən layihəsini 1994-cü il sentyabrın 20-də imzalanmaq üçün hazır etməyə imkan yaratdı.

Dövlətçiliyimiz üçün əlamətdar ikinci avqust

1969-cu ilin unudulmaz avqust günündən 34 il ötəndən sonra artıq Azərbaycanda siyasi rəhbərliyə növbəti qayıdışı zamanı ikinci prezidentlik dövrünü başa vurmaqda olan ulu öndər Heydər Əliyev daha bir tarixi qərarını verdi: özünün səhhəti ilə əlaqədar dövlətçilik kursunun, postsovet məkanında “keçid dövrünün Əliyev islahatları” kimi xarakterizə olunan və sosial-siyasi tərəqqiyə, ən çox da iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasına, azad sahibkarlığın və vətəndaş təşəbbüskarlığının inkişafına yönəlmiş islahatların gələcək taleyi ilə bağlı Azərbaycan cəmiyyətində yaranmış təbii narahatlıq hisslərini nəzərə alaraq, uzun müddət üçün müəyyənləşdirdiyi strateji daxili və xarici siyasət kursunun qanuni varisini nişan verdi, alternativsiz layiqli davamçısının və yeni Azərbaycan quruculuğunun gələcək etibarlı təminatçısının adını elan etdi - Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA sədrinin müavini və büro üzvü, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin başçısı, 42 yaşlı İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq vermək barədə Milli Məclisə müraciət ünvanladı, parlamentin yekdil qərarından sonra isə müvafiq Fərman imzalayaraq, bununla da müstəqil Azərbaycanın çağdaş tarixində yeni bir səhifə açmış oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və sosialyönümlü bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti artıq on səkkiz ilə yaxındır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsidir ki, dövlətimizin başçısının müdrik rəhbərliyi ilə misilsiz cəsarəti və yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Onun siyasi uzaqgörənliklə, görkəmli dövlət xadimi olaraq həyata keçirdiyi əhəmiyyətli işlər, xalqa bəxş etdiyi böyük ümid və dayaq ölkəmizin hər sahədə zəfərini təmin edir.

Tarix Prezidentimizin simasında ulu öndər Heydər Əliyevin bir daha müdrikliyini də təsdiq etdi. Müdrik Heydər Əliyev deyib: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün biz bu uzaqgörənliyin canlı şahidləriyik. Belə ki, Ali Baş Komandan kimi ən böyük Zəfəri Azərbaycan xalqına yenilməz Ordumuzun iştirakı ilə şanlı tarix yazaraq yaşatdı. 2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı. Azərbaycan BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 Qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı apardı və misilsiz qələbələr qazandı. Bu qələbənin ən böyük zirvəsini isə biz xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri ilə sonsuz sevinc və fərəh hissilə yaşadıq. Fəxr hissi ilə qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müzəffər və şanlı Ordumuzun şücaəti ilə qazanılmış Böyük Zəfərin təntənəsinin davam etdiyi bir dövrdür. İşğaldan azad olunmuş doğma Qarabağımıza Böyük Qayıdış və quruculuq işləri başlayıb. Qarabağda yeni iqtisadi modelin qurulmasının bir hissəsi olmaq və regionun dirçəlməsinə təkan vermək hər birimizin vəzifəsidir. Ərazilərin bərpasına dair konseptual təklif və göstərişlərin reallaşdırılması istiqamətində zəruri tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində hər kəs öz dəstəyini göstərməkdədir.

Əlbəttə, bir tədbir çərçivəsində Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın idarə olunmasında, təsərrüfatçılıqda məqsədyönlü, zəngin, çoxcəhətli əməli iş təcrübəsini ümumiləşdirərək şərh etmək mümkünsüzdür. Bu baxımdan Ulu Öndər haqqında ən obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın aşağıdakı sözləri yerinə düşər: “Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!”

Tədbirdə Yeni Azərbaycan Partiyasının üzvləri - Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, “Şəfəq Audit Konsaltinq” MMC-nin direktoru Şirvan Abbasov, “ECONOMİC-CHA” MMC-nin auditoru Kamil Hüseynov, ictimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri Məhluqə Hüseynova, auditin təşkili və təhlili şöbəsinin müdiri Nigar İsmayılova və başqaları çıxış edərək müasir Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevin ideyaları, zəngin irsi, ölkəmizin dövlət quruculuğu prosesində rolu və xidmətləri, həyat və fəaliyyəti barədə öz fikirlərini söyləyiblər.

Sonra müasir Azərbaycanın qurucusu olan unudulmaz lider Heydər Əliyevin həyat yolundan bəhs edən film nümayiş etdirilib. YAP-a qəbul olunmaq üçün palatanın 10 əməkdaşının və üzvünün siyasi fəaliyyətə qoşulması ilə bağlı müraciətlərinə baxılıb və onların xahişləri nəzərə alınaraq müsbət qərar qəbul edilib: Axundov Firəngiz Vüqar qızı, Əliyev Fuad Eyyub oğlu, Əliyeva Nailə İsrafil qızı, Əhmədov Misir Zaman oğlu, Əliyev İbiş Müseyib oğlu, İsmayılov Elxan Əsgər oğlu, İbrahimov Elnur Elxan oğlu, Vəlizadə Səftər Vəli oğlu, Niftiyeva Samirə Xalid qızı və Şahtaxtinskaya Aysel Elçin qızı. V.Novruzov bu şəxsləri təbrik edərək ölkəmizin ictimai-siyasi həyatında fəal olmağı və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib