İQTİSADİYYAT
Avqust ayında Ceyhan limanından 2,4 milyon ton neft dünya bazarlarına çıxarılmışdır
Bakı, 10 sentyabr (AZƏRTAC). Cari ilin avqust ayı ərzində 2 milyon 445 min 065 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır (bu həcmin 1 milyon 511 min 874 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir).
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvar-avqust aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 19 milyon 897 min 616 ton olmuşdur.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri istismara verilən gündən 2013-ci il sentyabrın 1-dək Ceyhan limanından 223 milyon 564 min 270 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]