Avqustun 7-si Gürcüstanda matəm elan edilib
Bakı, 4 avqust, AZƏRTAC
Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar avqustun 7-si ölkədə matəm elan edilib.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.
Qeyd edək ki, Şovidəki sürüşmə nəticəsində 7 nəfər ölüb. Torpaq altında qalan 30 nəfərin axtarışları davam edir. Uşaqlar da daxil olmaqla, 140 nəfər təxliyə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]