MƏDƏNİYYƏT
Avrasiya Yazarlar Birliyinin kollektivi Azərbaycandakı ağacəkmə kampaniyasına dəstək verib
Ankara, 7 dekabr, AZƏRTAC
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında böyük şair İmadəddin Nəsiminin yubileyi münasibətilə Azərbaycanda 650 min ağacın əkilməsi aksiyasına Ankarada dəstək verilib.
AZƏRTAC-ın Türkiyə bürosu və Avrasiya Yazarlar Birliyinin (AYB) birgə təşəbbüsü ilə AYB-in həyətində şam ağacı əkilib.
Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu və qurumunun əməkdaşları aksiyada iştirak ediblər.
AYB-in sədri Y.Öməroğlu açıqlamasında bildirib ki, bu nəcib təşəbbüsə qoşulmaq dünya söz xəzinəsinin sərraflarından olan dahi Nəsiminin əziz xatirəsinə ehtiram əlamətidir. Əkilən ağacın yanında qoyulacaq xatirə lövhəsi bu gözəl təşəbbüsün müəllifinin nəcib niyyətini və Nəsimi şəxsiyyətinə göstərilən tarixi ehtiramın mahiyyətinin gələcək nəsillərə çatdırılmasına yardımçı olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara