Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Avrasiya Yəhudi Konqresinin liderləri adından və şəxsən öz adımdan təbrik edirəm. Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və bütün təşəbbüslərinizdə uğur arzulayıram.

Uzun illərdir ki, Azərbaycanda dini-etnik dözümlülük mühiti hökm sürür. Min ildən çoxdur ki, yəhudilər Azərbaycanda yaşayır və həmişə orada özlərini təhlükəsizlikdə, həqiqətən dostların əhatəsində hiss edirlər.

Azərbaycanın Yəhudi İcmasının çoxsaylı nümayəndələri respublikanın siyasi, mədəni, sosial və iqtisadi həyatında fəal iştirak ediblər və edirlər. İsrail ilə Azərbaycan arasında yaranmış gözəl dövlətlərarası, iqtisadi və mədəni münasibətlər isə dünyanın bütün xalqları üçün nümunə ola bilər.

Müasir dünyanın universal dəyərlərinə açıqlığı ənənələr və tarixi irs ilə birləşdirən Azərbaycan tolerantlığın və sabitliyin əyani nümunəsidir və bu, Sizin böyük xidmətinizdir.

Cənab Prezident, icazə verin Sizi bu əlamətdar gündə bir daha təbrik edim, ən xoş arzularımı çatdırım. Sizə uzun ömür, möhkəm cansağlığı diləyirəm.

Dərin hörmətlə,

 

Mixail Mirilaşvili

Avrasiya Yəhudi Konqresinin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin