“AVROPA-AZƏRBAYCAN VELOSİPED YÜRÜŞÜ” BAŞLAMIŞDIR
Bakı, 30 avqust (AZƏRTAC). Bakıda “Ekologiya ili” çərçivəsində “Avropa-Azərbaycan velosiped yürüşü” həftəsi start götürmüşdür.
Avqustun 30-da Azneft meydanından başlanan yürüş Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Göyçay rayonlarından, Mingəçevir şəhərindən keçməklə sentyabrın 6-da Gəncədə başa çatacaqdır.
Yürüşdə 11-i azərbaycanlı olmaqla, ümumilikdə 14 ölkədən 32 velosipedçi iştirak edir. Velosipedçilər Azərbaycanın füsunkar təbiətini seyr edəcək və ekoloji mövzularda müzakirələrə qatılacaqlar.
Tədbirin məqsədi ətraf mühitin qorunması, enerji və ərzaq təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının təbliğ edilməsi və velosiped idmanının Azərbaycanda dəstəklənməsi məqsədini daşıyır.
Yürüşün sonunda velosipedlər Azərbaycan Velosiped İdmanı Federasiyasına hədiyyə ediləcək və konsert proqramı təşkil olunacaqdır.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır – FAKTİKİ HAVA
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]

