Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa İttifaqı-Azərbaycan münasibətləri: “Şərq tərəfdaşlığı” və yeni strateji əməkdaşlıq modeli

Avropa İttifaqı-Azərbaycan münasibətləri: “Şərq tərəfdaşlığı” və yeni strateji əməkdaşlıq modeli

Bakı, 4 sentyabr, AZƏRTAC

Bir neçə müddətdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanması ilə əlaqədar bəzi məsələlər qızğın nəzəri diskussiyaların mövzusuna çevrilib. Burada fərqli mövqelər ifadə edilir, bəzən hətta bir-birinə zidd tezislər səsləndirilir. Rəsmi Bakı isə təmkinli və reallığı əks etdirən fəal mövqe tutur, tərəfdaşlıq sazişi üzrə danışıqların konstruktiv müstəvidə davam etdirildiyini ifadə edir. Bu xüsusda ekspertlər bir mühüm məqama diqqət yetirməlidirlər. Azərbaycan ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Suverenlik və milli maraqların qorunması başlıca yer tutur. Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq təkliflərində müəyyən məqamlar onu qane etmədiyindən özünün əməkdaşlıq modelini irəli sürüb. Bu istiqamətdə səmərəli müzakirələr aparılır. Məhz bu kontekstdə Aİ-Azərbaycan münasibətlərinin bir sıra aspektləri üzərində geniş dayanmağa ehtiyac görürük.

Əməkdaşlığın tarixi: transformasiya mərhələləri

Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa İttifaqı ilə münasibətlərin qurulması bütün aktuallığını əyani şəkildə nümayiş etdirməyə başladı. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev ölkənin xarici siyasət kursunu müəyyən edərkən bu nüfuzlu Avropa qurumu ilə əlaqələri prioritet istiqamətlərdən biri kimi müəyyən edib. 1999-cu ildə isə Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalanıb. Bu, tərəflər arasında qarşılıqlı əlaqələrin hüquqi əsasını təşkil edirdi. XXI əsrin başlanğıcından Aİ-nin özünün daxilində, qlobal geosiyasətdə və regional məsələlərdə dəyişikliklər meydana gəldi. 2004-cü ildə təşkilatın 10 ölkə ilə genişlənməsi Aİ-nin daxili və xarici siyasətinə öz möhürünü vurdu.

Avropa Qonşuluq Siyasəti (AQS) adlanan proqram qəbul edildi. Bu proqramda təşkilatın öz qonşuları ilə münasibətlərini tənzimləməsi qaydaları və hüquqi şərtləri ifadə olundu. Bu, iki istiqamətdə - Aralıq dənizi bölgəsi və Şərq istiqamətində reallaşmalı idi. Xatırladaq ki, Balkanlar ayrıca xətti təşkil edirdi, çünki həmin istiqamətdə ölkələrin Aİ-yə üzv qəbul edilməsi nəzərdə tutulurdu.

Aİ-nin Şərq istiqamətindəki qonşuluq siyasətində isə Cənubi Qafqaz xüsusi yer tutdu. Lakin 2008-ci il Rusiya-Gürcüstan müharibəsi və 2008-2009-cu illərdə Ukraynanın üzləşdiyi qaz münaqişəsi mövcud reallığı kəskin surətdə dəyişdi. Aİ Şərq qonşularının təşkilata daxil olması şərtini aradan qaldırdı və assosiativ üzvlük məsələsi önə çıxdı. Bununla yanaşı, Aİ azad ticarət zonasının yaradılması, enerji təhlükəsizliyi, insan haqları, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük kimi məsələləri də önə çəkdi.

Aydın görünürdü ki, Aİ yeni qonşularına sırf özünün geosiyasi, iqtisadi, enerji və maliyyə maraqları prizmasından baxır. Onun 2007-ci ilə kimi həyata keçirdiyi əməkdaşlıq proqramları - TRASEKA, TASİS, İNOGEYT və digər təşəbbüslər dolayısı ilə həmin məqsədlərlə bağlı idi. 2007-ci ildə geosiyasi vəziyyət dəyişəndə, Aİ yeni proqramlar hazırladı. Məsələn, TASİS proqramı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) ilə əvəz olundu. AQTA yeni qonşularla daha sıx və əhatəli əlaqələrin qurulmasını nəzərdə tuturdu. Bu proqram demokratiya və insan hüquqlarının təşviqi, bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davamlı inkişafın təşviqi, habelə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafını özündə ehtiva edir. AQTA çərçivəsində Tvinninq, Texniki yardım və Məlumat mübadiləsi (TAİEX), Büdcəyə dəstək, Tempus, Erasmus Mundus kimi proqramlar həyata keçirilib.

Onu vurğulayaq ki, AQTA çərçivəsində 2007-ci ildə Brüssel 2007-2013-cü illər üçün Azərbaycanla əməkdaşlığı ifadə edən strateji sənəd hazırladı. Bu sənəddə Azərbaycanda bazar iqtisadiyyatının inkişafına yardım, təhlükəsizlik məsələsi və Aİ-Azərbaycan Birgə Fəaliyyət Planının həyata keçirilməsi ifadə edilib. 2008-ci ildə isə postsovet məkanının altı ölkəsini əhatə edən "Şərq tərəfdaşlığı" proqramı irəli sürüldü. 2009-cu ildə Praqada “Şərq tərəfdaşlığı”nın təsis sammiti keçirildi. Bununla da faktiki olaraq, Aİ-nin Ukrayna, Moldova, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan istiqamətlərində qonşuluq siyasəti məzmun və məqsəd baxımından transformasiyaya uğradı.

Nədənsə, bir sıra ekspertlər Aİ-Azərbaycan əlaqələrinə bu transformasiyaların özündə daşıdığı məzmun çalarları kontekstində baxmır, həmin səbəbdən də tərəflər arasında münasibətlərin real dinamikasını dərk etməkdə çətinlik çəkirlər. O cümlədən Azərbaycanın hansı səbəblərdən 2007-ci ildən Aİ ilə münasibətlərə özəl aspektdə yanaşmağa başlamasının arxasında dayanan real faktları qəbul edə bilmirlər. Məsələ ondan ibarətdir ki, "Tərəfdaşlıq və əməkdaşlıq haqqında" sazişdən (TƏS) başlayaraq, Aİ Azərbaycan siyasətində bir xətti qorumağa çalışıb - əlaqələri özünün geosiyasi, iqtisadi, təhlükəsizlik və enerji təhlükəsizliyi maraqlarına uyğun qurmaq. Bunun konkret təzahürlərindən biri də assosiativ üzvlük və ÜTT-yə üzv olmaqdır. Ola bilsin ki, hansısa postsovet məkanı ölkəsi üçün bu cür yanaşma qəbul ediləndir, ancaq Azərbaycanın suverenliyi və müstəqilliyi üçün iki mühüm faktor vardır. Birincisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həlli sayəsində ərazi bütövlüyünün bərpası, ikincisi, bütün istiqamətlərdə müstəqil kursun qorunub saxlanması, milli maraqların təmin edilməsi.

Müstəqillik və suverenlik: iki mühüm şərt

Aİ ilə əlaqələr də mütləq surətdə bu iki məqamı nəzərə almalıdır. Məhz həmin səbəbdəndir ki, rəsmi Bakı assosiativ üzvlük modelini qəbul etmədi, əvəzində, hər iki tərəf üçün faydalı olan strateji tərəfdaşlıq üzrə yeni hərtərəfli saziş təklifini irəli sürdü. 2015-ci ildə Riqa sammitində Azərbaycan rəhbərliyi bu barədə açıq və konkret mövqe bildirdi. Bir qədər çaşqın vəziyyətə düşən Brüssel, nəhayət, bunu qəbul etdi və 2017-ci ildə Azərbaycanın təklif etdiyi əməkdaşlıq modeli üzrə danışıqlar başladı. 2018-ci ildə "Tərəfdaşlığın prioritetləri" adlı sənəd paraflandı.

Beləliklə, aydın oldu ki, Azərbaycan iqtisadi, siyasi, geosiyasi, energetik müstəqilliyini qoruyub saxlayaraq Aİ ilə strateji tərəfdaş olmağa hazırdır. Bunun əsasında Aİ Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını əks etdirən yeni bir sənədi də qəbul etdi. Hazırda strateji tərəfdaşlıq sənədi üzərində iş davam edir. Təbii ki, bu, asan proses deyil. Çünki ilk dəfədir ki, Aİ "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaş olan ölkənin özünün təklif etdiyi əməkdaşlıq sənədi üzərində işləyir. Adətən, "Şərq tərəfdaşlığı"nın digər üzvləri Brüsselin şərtlərindən kənara çıxa bilmirlər. Bu da onları Aİ-nin xarici siyasətinin birbaşa obyektinə çevirir. Yəni söhbət Brüsselin irəli sürdüyü şərtlər daxilində əlaqələrdən gedə bilər.

Azərbaycan isə bərabərhüquqlu tərəfdaş kimi Aİ ilə əməkdaşlıq modeli təklif edib və onu qətiyyətlə reallaşdırır. Hərçənd, Brüssel istərdi ki, əlavə şərtlərlə Bakını özündən asılı vəziyyətə salsın, Azərbaycan isə bərabərhüquqluluğu tam qorumağa çalışır. Bu məqamda Brüssellə Bakının müəyyən fikir ayrılığı ola bilər. Məsələn, ÜTT-yə üzvlüklə bağlı fikir ayrılığı qala bilər. Çünki o halda Azərbaycan üzərinə müəyyən məhdudlaşdırıcı öhdəliklər götürməlidir. Təcrübə göstərir ki, böyük dövlətlər belə ÜTT-nin bir sıra şərtləri ilə razı deyillər. Onlar dövlətlərə eyni dərəcədə yanaşılmadığını deyirlər. O halda ÜTT-yə şərtsiz daxil olmağın mənası nədir? Aİ bu faktordan istifadə edib Azərbaycana başqa şərtlər qoymayacaq ki?

Bu kimi suallara cavab tapılmalıdır. Bunlarla yanaşı, Ermənistan da ÜTT-yə üzvdür. Eyni zamanda, bu ölkə Azərbaycana qarşı təcavüzkar siyasət yeridir. Bu istiqamətdə ÜTT daxilində Azərbaycan Ermənistanla necə tərəfdaş ola bilər? Meydana indi görünməyən çox sayda qeyri-müəyyən məqamlar çıxır.

Onu da nəzərə almaq lazımdır ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü tanısa da, işğalçı Ermənistanla da sıx əlaqələrə can atır. Hətta forpost ölkəyə daha böyük vədlər də verilir. Hakimiyyət strukturlarının demokratikləşməsi, korrupsiya ilə mübarizə və s. kimi vəzifələrdən bəhs edilir. Və sanki Dağlıq Qarabağ işğal olunmayıb. Ermənistan qonşu dövlətin ərazilərini tutmayıb. Bu baxımdan Aİ-nin "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində də İrəvana qarşı hər hansı ciddi tələb irəli sürdüyü görünmür.

Bütün bunlar, əlbəttə, Azərbaycan-Aİ münasibətlərinə təsirsiz ötüşmür. Lakin hazırlanan sənədin başa çatdırılması tamamilə mümkündür. Tərəflərin ortaq mövqeyə gələcəyinə şübhə yoxdur. Sadəcə, anlamaq və qəbul etmək lazımdır ki, Azərbaycan müstəqil dövlət kimi öz maraqlarını heç nəyə güzəştə gedə bilməz. Xüsusilə söhbət ərazi bütövlüyündən və enerji təhlükəsizliyindən gedirsə, bu, mümkün deyil.

Müasir mərhələdə müstəqil dövlət olmaq asan deyil. Bütün məsələlərdə milli mənafeləri qorumaq gərəkdir. Təcrübə göstərir ki, bir sıra ölkələr bu məsələdə kifayət qədər qətiyyətli ola bilmirlər. Azərbaycan isə həmin məsələdə son dərəcə yüksək iradə və qətiyyətlilik göstərir. Avropa İttifaqı ilə hazırlanan yeni strateji əməkdaşlıq sənədində də bu məqam tam şəkildə öz əksini tapıb.

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir