SİYASƏT
Avropa İttifaqının üzvü olan ölkələrin Azərbaycandakı səfirləri cəbhə bölgəsində olmuşlar
Bakı, 2 noyabr (AZƏRTAC). Böyük Britaniya, Latviya, Almaniya, Fransa, Litva, Yunanıstan, Norveç və digər diplomatik nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri oktyabrın 31-dən noyabrın 1-dək Füzuli rayonunda səfərdə olmuşlar.
Diplomatlar rayon rəhbərliyi, yerli əhali, qaçqın və məcburi köçkünlərlə görüşmüş, cəbhə bölgəsindəki vəziyyətlə tanış olmuşlar.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin tez-tez pozulması məsələsi görüşlərdə əsas müzakirə mövzularından biri idi.