SİYASƏT
Avropa İttifaqının yeni materialı “Şərq tərəfdaşlığı”nın üç ildəki nailiyyətlərini əks etdirir
Bakı, 11 may (AZƏRTAC). 2009-cu ildə “Şərq tərəfdaşlığı” proqramının işə başlandığının rəsmən elan edildiyi Praqa sammitinin üçüncü ildönümü “Aİ-nin uğurlu “Şərq tərəfdaşlığı”nın mənafeyi naminə əməkdaşlığı” adlı yeni materialla qeyd olunmuşdur.
“EuropeAid”in inkişaf və əməkdaşlıq üzrə Baş Direktorluğunun hazırladığı materialda Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Şərq qonşuları ilə əməkdaşlığı şərh olunmuşdur.
AZƏRTAC xəbər verir ki, Avropa Qonşuluq Siyasətinin İnformasiya Mərkəzinin saytında yerləşdirilən materialda həmin təşəbbüsün əsas elementləri təsvir edilmiş, habelə həyata keçirilən ikitərəfli və regional əməkdaşlıq proqramlarından konkret nümunələr gətirilmişdir.